ATGA
  • Haqqımızda
    • ATBA İdarə Heyəti
    • Tərəfdaşlarımız
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Bizim Üzvlərimiz
    • Fərdi üzvlər
    • Həmkar üzvlər
  • Bizə qoşulun
  • Daxil ol
    • AZAZ
    • ENEN
    • RURU
AZ AZ EN EN RU RU
Daxil ol
  • AZ
  • EN
  • RU
  • Daxil ol

[email protected]
+994 12 498 12 44 daxili 602

  • Ana səhifə
  • Xəbərlər
  • 12:15 13 Mart 2023

Turizm bələdçiləri üçün “Təmiz Şəhər” ASC-yə və Balaxanı Sənaye Parkına infotur təşkil olundu.

ATBA-nın bir qrup üzvləri üçün Azərbaycan Turizm Bürosunun təşkilatçılığı və Azərbaycan Turizm Bələdçilər Assosiasiyasının dəstəyi ilə “Təmiz Şəhər” ASC-yə və Balaxanı Sənaye Parkına infotur təşkil olundu.

Martın 13-də bir qrup turizm bələdçiləri “Təmiz Şəhər” ASC tərəfindən reallaşdırılan layihələr və görülən işlərlə əyani tanış olublar. İnfotur zamanı bələdçilərə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Yandırılması zavodlarında, həmçinin Balaxanı Sənaye Parkında Azərbaycanda tullantıların zəzrərləşdirilməsi, düzgün idarə olunması və təkrar emal sahəsində görülən işlər, əldə edilən uğurlarla bağlı ətraflı məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri üzrə toplanan bərk məişət tullantılarının bir hissəsi Tullantıların Çeşidlənməsi Zavoduna təhvil verilir. Burada çeşidlənən tullantıların tərkibindəki təkrar emala yararlı metal, şüşə, plastik, kağız və s. materiallar ümumi kütlədən ayrılır, xammal kimi Balaxanı Sənaye Parkına və digər təkrar emal müəssisələrinə göndərilir.

Həmçinin “Təmiz Şəhər” ASC-nin işğaldan azad edilən ərazilərdə də fəaliyyət göstərdiyi və bu bölgədə tullantıların düzgün idarə edilməsi ilə bağlı müasir infrastrukturun qurulması istiqamətində görülən işlər bələdçilərin diqqətinə çatdırılıb.

Ekoloji problemlərin bütün dünyanı narahat etdiyi bir vaxtda bu fəaliyyətlərin çox əhəmiyyətli olduğu bildirilib.

ATGA
Naviqasiya
  • Haqqımızda
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Məxfilik Siyasəti
  • Şərtlər Və Müddəalar
  • Bizimlə Əlaqə
  • Kukilər Siyasəti
Əlaqə
  • AZ1010, Bakı şəh., Bülbül prospekti 14. 2-ci mərtəbə
  • +994 12 498 12 44 daxili 602
  • [email protected]
Abunə ol
Xəbər bülletenimizə abunə olun
© | ATGA 2023