Cari “Müddəalar və şərtlər” www.atga.az veb-saytından (bundan sonra “veb-sayt”) istifadəni ehtiva edir və veb-sayta daxil olmaqla “Müddəalar və şərtlər”i tam şəkildə qəbul etdiyinizi təsdiqləmiş olursunuz. Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası (bundan sonra “ATBA”) istənilən zaman cari “Müddəalar və şərtlər”i dəyişə bilər. Bu zaman istifadəçilər yenilənmiş “Müddəalar və şərtlər”ə əməl etməlidirlər.
Veb-sayt ATBA-nın mülkiyyətindədir. Veb-saytdakı bütün yazılı və qrafik məlumatlar və materialların, həmçinin əmtəə nişanlarının (loqolar) (bundan sonra ümumi şəkildə “Məzmun”) müəllif hüquqları ATBA-ya məxsusdur, yaxud ATBA qeyd edilən məzmunların lisenziyasına malikdir. Məzmun Azərbaycan Respublikasının və həmçinin xarici yurisdiksiyaların müəlliflik hüququ və əlaqəli hüquqlar, əmtəə nişanları, sənaye mülkiyyəti və əqli mülkiyyət sahəsində digər qanunvericilik aktları çərçivəsində, həmçinin beynəlxalq konvensiyalara əsasən qorunur.
Veb-saytda təqdim olunan Məzmun yalnız şəxsi istifadə üçündür və məzmunun kommersiya məqsədləri üçün hər hansı digər istifadəsi qadağandır. Məzmunun ATBA-nın əvvəlcədən yazılı razılığı olmadan ticari məqsədlər üçün nüsxələrinin çıxarılması, çoxaldılması və ya başqa bir şəkildə yayılması qadağandır.
Veb-saytdakı müəlliflik hüququ haqqında qanunlarla qorunan Məzmun materialları yalnız müəlliflərin və ya müəlliflik hüquqları sahiblərinin tələb etdiyi şərtlərə və öhdəliklərə uyğun olaraq yenidən çoxaldıla və yayıla bilər. Bu cür qorunan materiallar müəlliflik hüquqlarına uyğun olaraq təhsil, araşdırma, xəbərlər və hesabat kimi qeyri-kommersiya məqsədləri üçün istifadə edildiyi təqdirdə, mənbə göstərilməli və vicdanla istifadə edilməlidir.
İstifadəçilərin aşağıdakı fəaliyyəti xüsusən qadağan edilir:
ATBA bu veb-saytı ziyarət edən şəxslər barədə ancaq onların kimliyini müəyyən etməyə imkan verməyən məlumatları və yalnız statistik məqsədlər üçün məlumat toplamaq hüququnu özündə saxlayır. İstifadəçilər şəxsi məlumatlarını bizə etibar etdikdə, ATBA müvafiq qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olaraq şəxsi məlumatların məxfiliyinə zəmanət verir. İstifadəçilər tərəfindən bizə həvalə olunan məlumatlar üçüncü tərəflərə və ya müvəkkil olunmamış şəxslərə açıqlanmayacaq və yalnız verilmiş məqsəd üçün istifadə ediləcəkdir (ziyarətçilərin şəxsi məlumatlarının necə qorunması barədə daha çox məlumat üçün Məxfilik Siyasətinə baxın).
Bu veb saytın düzgün işləməsini təmin etmək üçün kukilərdən istifadə olunur (daha çox məlumat üçün Kukilər Siyasətinə baxın).
ATBA veb-saytın ziyarət edilməsi və ya hər hansı istifadəsi nəticəsində yaranan texnoloji avadanlıq, cihaz və ya tətbiqlərə dəyən ziyana görə heç bir məsuliyyət daşımır.
ATBA veb-saytda dərc edilmiş hər hansı Məzmunun düzgünlüyünü və dolğunluğunu təmin etməyi öhdəsinə götürür, lakin ATBA veb-saytdakı Məzmununun və ya onun hər hansı hissəsinin düzgünlüyünə, tamlığına və ya istifadəsinə dair heç bir hüquqi məsuliyyət daşımır.
ATBA veb-saytın Məzmununu istənilən vaxtda, istənilən formada, səbəbindən asılı olmayaraq və əvvəlcədən xəbərdarlıq etmədən yeniləmək hüququna malikdir və bu cür yeniləmələrin hər hansı nəticələrinə görə heç bir məsuliyyət daşımır.
Azərbaycanın turizm potensialı haqqında hərtərəfli məlumat vermək üçün bu veb-sayt digər veb-saytlar, fərdi səhifələr və ya digər mənbələr kimi fərqli xarici ünvanlara bağlantıları ehtiva edir. ATBA xarici bağlantılara giriş, onlardakı məzmun və ya səhvliklər üçün heç bir məsuliyyət daşımır və həmin xarici bağlantılarda məxfilik və şəxsi məlumatların qorunması üçün cavabdeh deyil.
İstifadəçilər ATBA-nı bu “Müddəalar və şərtlər”in hər hansı müddəa(lar)sının pozulmasından ortaya çıxan hər hansı və/yaxud bütün məsuliyyətdən, maliyyətdən, tələblərdən, nəticələrdən, zərərdən və xərclərdən tam azad etməyə razılıq verirlər.
Bu “Müddəalar və şərtlər” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir və tövsif olunur və bu “Müddəalar və şərtlər”dən irəli gələn mübahisələr Azərbaycan Respublikasının məhkəmələrində həll ediləcəkdir.