ATBA turizm bələdçilərini təmsil edir və onların fəaliyyətinə dəstək verir. Tərəfimizdən həm Azərbaycanda, həm də beynəlxalq miqyasda istifadə edilə bilən davamlı peşəkar bacarıq və karyera imkanları təklif edilir.
ATBA-nın yüksək standartlarına əsasən, bütün yeni peşəkar bələdçilər Azərbaycan Turizm Bürosu tərəfindən verilən sertifikatlaşdırma və akkreditasiya prosesindən keçməlidir. Əlavə olaraq, ATBA üzv bələdçilər üçün keyfiyyətin artırılması üzrə bir sıra təlimlər də təşkil edir. Bu keyfiyyət tələbi Azərbaycanın daha geniş turizm və tanıtım sənayesi üçün təhlükəsizlik dairəsi təklif edir və ATBA xidmətlərindən istifadə edərkən daha çox dəyər və rahatlıq verir.
ATBA həmçinin WFTGA-in üzvüdür və WFTGA-nın stardarlarını ölkə üzrə tətbiq edir.
Tural Musayev - 20 yanvar 1988-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 11 ildən çox Avstriyanın paytaxtı Vyana şəhərində yaşamış və orta məktəbi orada bitirmişdir. 2013-cü ildə Vyana İqtisad Universitetində biznesin idarə edilməsi üzrə bakalavr dərəcəsi alıb.
2007-2009-cu illərdə Tural Musayev Azərbaycanın Avstriyadakı səfirliyində, daha sonra DAWF Alman-Azərbaycan İqtisadi Birliyində çalışıb. 2015-ci ildə turizm sahəsində peşəkar karyerasına başladı. 2017 - 2019-cu illərdə eyni anda beş turizm agentliyində Biznesin İnkişafı Direktoru vəzifəsində çalışıb.
2019-cu ildən yeni yaradılan Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının Baş Katibidir.
Diana Dəmirova - 1971-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Bakı Slavyan Universitetinin filologiya fakültəsini bitirib. İxtisasca rus dili və ədəbiyyatı müəllimidir.
2007-ci ildən etibarən Azərbaycanda turist bələdçisi kimi çalışır və Azərbaycan və rus dillərində çoxsaylı turlara rəhbərlik etmişdir. 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən təşkil olunmuş peşəkar bələdçi kurslarını müvəffəqiyyətlə bitirmək də daxil olmaqla çoxsaylı təlimlərdə iştirak etmişdir.
2019-cu ilin iyul ayında Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının həmtəsisçisi oldu.
Asya Şiraliyeva – 2 mart 1952-ci ildə Şamaxı rayonunun Çarxan kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirmişdir. İxtisasca ingilis dili müəllimidir. Peşəkar karyerasını direktor müavini vəzifəsində çalışdığı və hazırda mütəxəssis məsləhətçisi olduğu Azərbaycan Milli Xalça Muzeyində qurub. 2013-cü ildə "Fəxri Turizm İşçisi" adına, 2017-ci ildə isə "Əməkdar Mədəniyyət İşçisi" adına layiq görülmüşdür. 2019-cu ildən Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının İdarə Heyətinin üzvüdür.
Yəhya Bayramov - 9 sentyabr 1979-cu ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Tibb Universitetinin internaturasını bitirib.
2002-ci ildən bəri Yahya Bayramov avtomobil turizmi sahəsində tədqiqat aparır və çalışır. Eyni ildən 2007-ci ilə qədər üç fərqli şirkətdə satış meneceri vəzifəsində çalışırdı. 2014-2016-cı illərdə Yaponiyanın Azərbaycandakı səfirliyi üçün maddi-texniki təchizat həyata keçirmişdir.
2019-cu ildə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının sədri olmuşdur, hal hazırda İdarə Heyətinin üzvüdür.
Nailə İslamova - 13 iyun 1985-ci ildə Bakıda anadan olub. 2010-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Xarici Dillər Fakültəsini bitirib.
2002 - 2007-ci illərdə müxtəlif şirkətlərdə ofis meneceri vəzifəsində işləyən Nailə İslamova, daha sonra bir il ərzində “City of Learning”-də ingilis dili müəllimi işləmişdir. 2007-ci ildən bəri turizm sahəsində peşə fəaliyyətinə başladı. 2014-cü ildə direktoru olduğu "Live and Learn" təhsil mərkəzini qurdu.
2019-cu ildən Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının İdarə Heyətinin üzvüdür.
İlhamə Kazımova - 19 dekabr 1969-cu ildə Bakıda anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun İngilis-Fransız Dilləri fakültəsini bitirib. 2007-ci ildə Fransa Mədəniyyət Mərkəzində Fransız dili kurslarını bitirib.
1995 - 1998-ci illərdə Azərbaycan Xarici Dillər Universitetində İngilis dili müəllimi vəzifəsində çalışmışdır. 2003 - 2009-cu illərdə "Şirvanşahlar Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri olmuşdur. 2009-cu ildən Şirvanşahlar Sarayında turizm şöbəsinə rəhbərlik edir.
2019-cu ildən Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının İdarə Heyətinin üzvüdür.
Zəminə Rəsulova - 14 mart 1983-cü ildə Şəki şəhərində anadan olub. 2004-cü ildə Şəki Pedaqoji Kollecini bitirib. İxtisasca İngilis dili müəllimidir.
2004-cü ildən etibarən Şəkidəki "Yuxarı Baş" milli tarixi-memarlıq qoruğunda turist bələdçisi işləyir. 14 dekabr 2017-ci il tarixində mədəni irsin qorunması və təbliğindəki xidmətlərinə görə fəxri diplomla təltif olunmuşdur. 2020-ci ilin mart ayında Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
2019-cu ildən Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının İdarə Heyətinin üzvüdür.
Cavad Ağayev - 16 avgust 1984-cü ildə Bakı şəhəri Şüvəlan qəsəbəsində anadan olub. 2005-ci ildə Azərbaycan Dillər Universteti, Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakultəsini bitirmişdir. İxtisası Beynəlxalq Münasibətlərdir. Peşəkar karyerasını Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunda elmi işçi vəzifəsində başlayıb və Şərqi Abşeronda Azərbaycan Respublikasının Elmler Akademiyasının təşkil etdiyi Arxeoloji qazıntılarında iştirak edib. 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyin bələdçilik kurslarını üğurla bitirmişdir və hazırda müstəqil turizm bələdçisidir. 2019-cu ildə "WFTGA" HOT və 2021-də TtT təlimlərini uğulra bitirmişdir. 2023-cü ildən Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının İdarə Heyətinin üzvüdür.
Rüfət Əliyev 14 İyul 1988-ci ildə Bakı şəhərində anadan olub.
Rusiyada Müasir Humanitar Akademiyasında təhsil alıb.
O, 2007-ci ildə Moskva şəhərində turizm sahəsində peşakar karyerasına başlamışdır.
Bakı 2015 Avropa Oyunlarının təşkili və keçirilməsində fəal iştirak etməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və 1-ci vitse-prezidenti Mehriban Əliyeva minnətdarlığını bildiriblər. Həmin il Rüfət Əliyev cənab prezidentin Nazirlər Kabinetinin iclasında çıxışı zamanı Azərbaycana turist axınına maneə yaradan məqamlara sərt irad bildirməsini diaspor təşkilatların diqqətinə çatdırıb və həmin çıxışdan sonra sentyabrın 1-i bir neçə ölkədən olan 20-ə yaxın müxbir Qax rayonuna səyahətini təşkil edib. Qonaqların arasında Böyük Britaniyanın kavalerı Gwen Berçel də iştrak etmişdi.
Turizm bələdçiləri yetişdirmək üçün xüsusi kursları açıb. 2021-ci ilin iyul ayında Beynəlxalq Turizm Bələdçiləri Assosiasiyası (World Tourism Guide Association (WFTGA)) tərəfindən Rüfət Əliyev beynəlxalq standartlara cavab verən milli turizm təlimçisi seçildi.
WFTGA Bakı Turizm Bələdçiləri Məktəbi ilə birlikdə çalışmağa başladılar. Azərbaycan Turizm Bələdçilər Assosiasiyasının, Lənkəran TİM (DMT)-nin və Bakı Bələdçilər Məktəbi təşkilatçılığı ilə cənub bölgəsi üzrə peşəkar turizm kadrlarının hazırlanması məqsədi ilə ilk dəfə olaraq turizm bələdçiləri təlimlərinə start verilmişdir.
2024 ildə Azərbaycan Turizm Bələdçilər Assosiasiyanın idarə heyətinin üzvü seçilib.
Üzvlərimiz üçün karyera təlimləri, mentorluq, təlim modulları və şəbəkə imkanları vasitəsilə davamlı yüksək bilik səviyyəsini inkişaf etdirmək və qorumaq üçün tərəfimizdən dəstək verilir.
Məqsədimiz Azərbaycanda bütün bələdçiləri təmsil etmək və ölkədəki bələdçilərin peşəkarlıq və keyfiyyət səviyyəsini yüksəltməkdir.