Turizm haqqında yeni qanun layihəsi
Maddə 10. Turizm bələdçiləri
10.1. Turizm bələdçilərinin sertifikatlaşdırılması könüllüdür və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən onların bilik və bacarıqlarının qiymətləndirilməsi nəticəsində həyata keçirilir.
10.2. Bu Qanunun 10.1-ci maddəsinə uyğun olaraq sertifikatlaşdırılmış turizm bələdçilərinin dövlət və bələdiyyə mülkiyyətində olan muzey və qalereyalara, həmçinin dövlət qoruqlarına ödənişsiz giriş hüququ vardır.
10.3. Sertifikatlaşdırılmış turizm bələdçilərinin təbliği üçün dövlət turizm orqanı Turizm Reyestrində formalaşdırılan reytinq cədvəllərindən istifadə edir.
Sertifikatlaşma prosedurunu “Azərbaycan Turizm Bürosu” publik hüquqi şəxsin nəzdində fəaliyyət göstərən Turizm bələdçilərinin sertifikatlaşdırma orqanı (TBSO) tərəfindən həyata keçirir.