ATGA
  • Haqqımızda
    • ATBA İdarə Heyəti
    • Tərəfdaşlarımız
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Bizim Üzvlərimiz
    • Fərdi üzvlər
    • Həmkar üzvlər
  • Bizə qoşulun
  • Daxil ol
    • AZAZ
    • ENEN
    • RURU
AZ AZ EN EN RU RU
Daxil ol
  • AZ
  • EN
  • RU
  • Daxil ol

[email protected]
+994 12 498 12 44 daxili 602

  • Ana səhifə
  • Xəbərlər
  • 16:06 22 Dekabr 2021

Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının 2021-ci il qurultayı keçirilib

Dekabrın 22-də 2021-ci ilin yekunları ilə əlaqədar Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) qurultayı keçirilib.

Qurultayda Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Hotel Assosiasiyası və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nümayəndələri, ATBA-ya üzv olan bələdçilər, eləcə də müxtəlif turizm şirkətlərinin təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyəti sədrinin müavini Bəhruz Əsgərov turizm bələdçiliyinin sənayenin vacib tərkib hissəsi olduğunu vurğulayıb. O, ATB tərəfindən yeni yaradılmış Turizm Bələdçilərinin Sertifikatlaşdırılması Orqanının (TBSO) dövlət akkreditasiyadan keçməsi barədə məlumat verib.

Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Tural Musayev assosiasiyanın fəaliyyəti, görülən işlər və gələcək planlarla bağlı tədbir iştirakçılarını məlumatlandırıb. Tural Musayev pandemiya dövründə bələdçilərə göstərilmiş yardım, ATBA tərəfindən təşkil olunan beynəlxalq və yerli təlimlər, həmçinin Ümümdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyası (WFTGA) ilə əməkdaşlıq haqqında danışıb.

O, assosiasiyanın fəaliyyətinə dəstək olan Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və digər tərəfdaşlara öz minnətdarlığını bildirib.

Tədbir zamanı beynəlxalq təlimçi, ATBA-nın həmtəsisçisi və Turizm Bələdçilərinin Sertifikatlaşdırılması Orqanının keyfiyyət üzrə meneceri Səkinə Əsgərova turizm bələdçilərinin sertifikasiya prosesi barədə auditoriyaya detallı informasiya verib. Səkinə Əsgərova bələdçiləri turizm bələdçilərinin qiymətləndirmə prossesində aktiv şəkildə iştrak etməyə dəvət etib.

Qurultay çərçivəsində keçirilən sual-cavab sessiyasında ATBA üzvlərinin onlayn sorğu əsasında parklanma yerləri, muzeylərin fəaliyyəti, qiymət formalaşdırılması siyasəti, turizm marşrutları üzrə infrastruktur və digər mövzularda ünvanladıqları suallar geniş formada cavablandırılıb və tədbir tanışlıq sessiyası ilə yekunlaşıb.

ATGA
Naviqasiya
  • Haqqımızda
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Məxfilik Siyasəti
  • Şərtlər Və Müddəalar
  • Bizimlə Əlaqə
  • Kukilər Siyasəti
Əlaqə
  • AZ1010, Bakı şəh., Bülbül prospekti 14. 2-ci mərtəbə
  • +994 12 498 12 44 daxili 602
  • [email protected]
Abunə ol
Xəbər bülletenimizə abunə olun
© | ATGA 2025