ATGA
  • Haqqımızda
    • ATBA İdarə Heyəti
    • Tərəfdaşlarımız
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Bizim Üzvlərimiz
    • Fərdi üzvlər
    • Həmkar üzvlər
  • Bizə qoşulun
  • Daxil ol
    • AZAZ
    • ENEN
    • RURU
AZ AZ EN EN RU RU
Daxil ol
  • AZ
  • EN
  • RU
  • Daxil ol

[email protected]
+994 12 498 12 44 daxili 602

  • Ana səhifə
  • Xəbərlər
  • 10:04 26 İyul 2021

ATBA tərəfindən yerli bələdçilər üçün növbəti beynəlxalq HOT (Hands on Tourist Guiding) təlimləri təşkil olunub

İyulun 25-də Azərbaycan Turizm Bürosunun dəstəyi, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATGA) təşkilatçılığı ilə Bakıda turizm bələdçiləri üçün keçirilən HOT (Hands on Tourist Guiding) təlimlər başa çatıb. Turizm bələdçilərinin texniki peşə biliklərinin beynəlxalq standartlar çərçivəsində təkmilləşdirilməsi məqsədini daşıyan təlimlər Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyası (WFTGA) ilə birgə həyata keçirilib. Təlim ümumi 22 iştirakçı iki qrupa bölünərək həyata keçmişdir: İngilis dilli qrup Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının aparıcı təlimçisi İvana Curuvija və Rus dilli qrup beynəlxalq təlimçi Səkinə Əsgərova tərəfindən tədris edilib.

Təlim çərçivəsində iştirakçılara 28 May, Nizami və Xaqani küçələri üzrə gəzinti turu, Neftçilər və Heydər Əliyev prospektləri, Üzeyir Hacıbəyov və Yusif Səfərov küçələri üzrə avtobus turu, həmçinin Şirvanşahlar saray kompleksində məkan turu formalarında praktik və nəzəri biliklər tədris olunub. İyulun 17-dən başlayan təlimlərdə turizm bələdçilərinə, həmçinin beynəlxalq standartlara əsaslanan peşə etikası, qrup psixologiyası, məhdud fəaliyyət qabiliyyətli turistlərlə iş, peşəkar tur planının tərtibatı kimi istiqamətlər üzrə məlumatlar verilib.

Qeyd edək ki, 2019-cu ildən başlayaraq indiyədək ingilis, alman və rus dillərində olmaqla 80-dən çox turizm bələdçisini əhatə edən HOT (Hands on Tourist Guiding) təlimləri keçirilib.

ATGA
Naviqasiya
  • Haqqımızda
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Məxfilik Siyasəti
  • Şərtlər Və Müddəalar
  • Bizimlə Əlaqə
  • Kukilər Siyasəti
Əlaqə
  • AZ1010, Bakı şəh., Bülbül prospekti 14. 2-ci mərtəbə
  • +994 12 498 12 44 daxili 602
  • [email protected]
Abunə ol
Xəbər bülletenimizə abunə olun
© | ATGA 2025