ATGA
  • Haqqımızda
    • ATBA İdarə Heyəti
    • Tərəfdaşlarımız
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Bizim Üzvlərimiz
    • Fərdi üzvlər
    • Həmkar üzvlər
  • Bizə qoşulun
  • Daxil ol
    • AZAZ
    • ENEN
    • RURU
AZ AZ EN EN RU RU
Daxil ol
  • AZ
  • EN
  • RU
  • Daxil ol

[email protected]
+994 12 498 12 44 daxili 602

  • Ana səhifə
  • Xəbərlər
  • 12:11 16 İyul 2021

Naxçıvan Muxtar Respublikasında tematik marşrutlar üzrə turizm bələdçilərinin təlimi

Fəaliyyat Planının Standartlaşdırma, sertifikatlaşdırma bölməsinin 2-ci maddəsinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası ilə təhsil və təlim turizm sahəsində  əməkdaşlıq çərçivəsində, 29 İyul - 2 Avqust 2021 Azərbaycan Turizm Bürosu, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası (ATBA), NMR Turizm Departamenti (NMR TD) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (NMR ƏƏSMN) ilə bilikdə Naxçıvan şəhərində "NMR regionunda tematik marşrutlar üzrə turizm bələdçilərinin hazırlanması" layihəsi həyata keçirmişdir.

Qruplar üzrə iştrakçıların sayı əvvəlcə 12 nəfər nəzərdə tutulsa da, məlumatlar elan edildikdən sonra iştirakçıların sayı 22-ə qədər artırılmışdır. Qruplar NMR TD ilə tərtib edilmişdir. Əsas məqsəd turizm sahəsindən olan insanlar, xüsusilə də regionun sosial-humanitar həyatından fəal gənclərin cəlb olunmasıydı. İştirakçılara gün ərzində birdəfəlik Kofe fasiləsi və daimi su təmin edilib. Təlim, NMR ƏƏSMN-nin nəzdində fəaliyyət göstərən Naxçıvan şəhər peşə-texniki orta məktəbində keçirilmişdir.

İlk gün NMR-ın turizm departamentinin direktoru Əkbər Novruzov və NMR-in Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev rəsmi açılışla çıxış edərək ölkədə məşğulluq səviyyəsinin yüksəldilməsində turizmin əhəmiyyətini vurğuladılar.

Təlimin əsas məqsədi müvafiq bölgədə Azərbaycanda Turizm haqqında məlumatlılığın artırılması, gənclərin ölkənin turizm sahəsinin təbliğinə qoşulmağa həvəsləndirilməsi idi. Bunun üçün onlar Ümumdünya turizm bələdçiləri Assosiasiyasının standartlarına uyğun təlim keçmişlər və prezidentin fərmanlarına uyğun olaraq mədəni irsin marşrutları üzrə xüsusi məşğələlər keçmişdilər.

ATGA
Naviqasiya
  • Haqqımızda
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Məxfilik Siyasəti
  • Şərtlər Və Müddəalar
  • Bizimlə Əlaqə
  • Kukilər Siyasəti
Əlaqə
  • AZ1010, Bakı şəh., Bülbül prospekti 14. 2-ci mərtəbə
  • +994 12 498 12 44 daxili 602
  • [email protected]
Abunə ol
Xəbər bülletenimizə abunə olun
© | ATGA 2025