ATGA
  • Haqqımızda
    • ATBA İdarə Heyəti
    • Tərəfdaşlarımız
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Bizim Üzvlərimiz
    • Fərdi üzvlər
    • Həmkar üzvlər
  • Bizə qoşulun
  • Daxil ol
    • AZAZ
    • ENEN
    • RURU
AZ AZ EN EN RU RU
Daxil ol
  • AZ
  • EN
  • RU
  • Daxil ol

[email protected]
+994 12 498 12 44 daxili 602

  • Ana səhifə
  • Bizim komanda
Bəhruz Əsədli

Bəhruz Əsədli

Fərdi üzv

Təcrübə: 4 İl

  • İngilis dili
  • Türk dili

Mən Bəhruz Əsədli, tur bələdçisiyəm.

Mən Azərbaycanda doğulmuşam və Azərbaycan, İngili, Türk və Fars dillərini yüksək səviyyədə bilirəm. Tur bələdçisi əsas hədəfi  təyinat yerinin  ən yaxşılarını nümayiş etdirməklə müştərilərə unudulmaz təcrübə yaşatmaqdır. Buna nail olmaq üçün tur başlamazdan əvvəl təyinat yeri ilə bağlı təcrübəyə malik olmaq vacibdir. Uğurlu bir bələdçi üçün məşhur yerlər və abidələr haqda məlumat verməkdən əlavə   həmə yerin gizli incilərini araşdırmaqdır. Bu mühüm tarixi detalları, ora ilə bağlı maraqlı hadisələri, yerli bazarları, kafeləri və dükanları əhatə edə bilər hansıki tez-tez turistlər tərəfindən rast gəlinmir. Bu yerlər daha orijinal təcrübə təklif edə və qonaqlara yerli mədəniyyətə qərq olmaq imkan verə bilər.
Turistlər həyəcan və maraqla növbəti səyahətin başlanmasını gözlədiyi halda, mən artıq onların gəlişinə hazırlaşıram. Mənim üçün tur bələdçisi olmaq həmişə bir macəra olub . Ölkəmlə bağlı həyəcan və biliyimi qonaqlarımla bölüşüməyi çox sevirəm. Bu qonaqlara turdan həzz almaq  və seçim azadlığı verir. 
Qonaqlarımın təhlükəsizliyini təmin etmək bir bələdçi kimi mənim əsas vəzifələrimdən biri, onların getdikləri hər səfərdə onları müşayiət edirəm,yerli mədəniyyət və mentalitetlə bağlı fərqlərin yaratdığı hər hansı kiçik nüanslardan onları xəbərdar edirəm .
Turistlərə Bakı və digər yerlər haqqında əsl, “yerlilərin gözü ilə” bir baxış təqdim etməyi hədəfləyirəm. Sizə Xəzər dənizini, Bakının tarix qoxan  kəndlərini,  digər tarixi yerləri və onun bütün gizli incilərini göstərməkdən məmnun olaram. Mən sizi dadlı Azərbaycan çayı və yerli şirniyyatlardan mütləq dadmağı tövsiyə edirəm . Şəki, Şamaxı, Qəbələ, İsmayıllı, Lahıc və Xınalığa (5000 illik yaşayış məntəqəsi), eləcə də Şəkinin tarixi abidələrinə səyahət etməyi unutmayın.

ATGA
Naviqasiya
  • Haqqımızda
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Məxfilik Siyasəti
  • Şərtlər Və Müddəalar
  • Bizimlə Əlaqə
  • Kukilər Siyasəti
Əlaqə
  • AZ1010, Bakı şəh., Bülbül prospekti 14. 2-ci mərtəbə
  • +994 12 498 12 44 daxili 602
  • [email protected]
Abunə ol
Xəbər bülletenimizə abunə olun
© | ATGA 2025