Mən, Ulduz Əliyeva Şərqin qapısı-Naxçıvandan hər kəsi salamlayıram!
Küçələrində Memar Əcəmi, rəssam Bəhruz Kəngərli, dahi Hüseyn Cavid hənirtisi hiss olunan, neçe-neçə igidlər oylağı olmuş, mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin inkişafında əvəzedilməz yeri olan Naxçıvan zamanın gərdişinə sinə gərərək müasirliyin və qədimliyin sintezi olan Naxçıvan torpağı “Sev məni! Yaşat məni! Tanıt məni!” deyir sanki.
Xalqımızın milli irsini yaşatmaq, onu tanıtmaq mənim uşaqlıq arzum olub. Hər bir qonağa, hər bir turistə yaşadığım yerin gözəlliklərini, dəyərlərini, özünəməxsusluğunu tanıtmaq ən sevimli məşğuliyyətimdir.
5 ilə yaxın Moskva şəhərində yaşamağım Avropa mədəniyyətini, incəsənətini daha yaxından mənimsəməyimə kömək edib. 18 illik jurnalist-pedaqoq, psixoloq fəaliyyətimlə əlaqədar olaraq Turkiyə Cumhuriyyətində keçirilən turlarda, konfranslarda, tədbirlərdə fəal iştar edərək ölkəmizi qürurla təmsil etmişəm.
Uşaq turlarının təşkilində pedaqoji və psixoloji təcrübəmdən yararlanaraq bir sıra uğurlu tur layihələrin rəhbəri olmuşam və bələdçilik missiyamı layiqinçə yerinə yetirməyə çalışmışam.
Naxçıvan şəhərində təşkil edilən “Naxçıvan Muxtar Respublikasındakı tematik marçurutlar üzrə turizm bələdçilərinin hazırlığı” praktik təlimini uğurla başa vurmuşam. Müvaffiq iqtisadi regionlarda mövcud olan tematik marşurutlar üzrə bilik və baçarıqlarımı genişləndirmişəm. Turlar zamanı məqsədim, turistlərə xoş auralı bir səyahət bəxş etmək, ətraflı bilgi vermək, onların təsəvvüründə ölkəmiz haqqınd yüksək fikirlər formalaşdırmaq, milli irsimizin gözəlliklərini təqdim etmək, qonaqların maraq dairəsini zənginləşdirməkdir.
İnsanları sevirəm!
Daima axtarışdayam və öz üzərimdə işləməkdən, yeni biliklər əldə etməkdən, gəzməkdən zövq alıram.
Turistlərimə yüksək enerjili bir səyahət yaşatmaqla qürur duyuram!
Hər daşına, hər qayasına bələd olduğum yurdumun gözəlliklərinə bələdçilik etdiym üçün özümü xoşbəxt hiss edirəm!