ATGA
  • Haqqımızda
    • ATBA İdarə Heyəti
    • Tərəfdaşlarımız
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Bizim Üzvlərimiz
    • Fərdi üzvlər
    • Həmkar üzvlər
  • Bizə qoşulun
  • Daxil ol
    • AZAZ
    • ENEN
    • RURU
AZ AZ EN EN RU RU
Daxil ol
  • AZ
  • EN
  • RU
  • Daxil ol

[email protected]
+994 12 498 12 44 daxili 602

  • Ana səhifə
  • Bizim komanda
Elnarə Cəbrayılova

Elnarə Cəbrayılova

Fərdi üzv

Təcrübə: 6 İl

  • Azərbaycan dili
  • İngilis dili

Salam! Mən, Cəbrayılova Elnarə Sərdar qızı, 1998-ci və 2004-cü illərdə Azərbaycan Dillər Universitetinin Tərcümə ixtisasının müvafiq olaraq bakalavr və magistr dərəcəsini, 2017-ci ildə Azərbaycan Turizm və Menecment Universitetinin Menecment ixtisasinın bakalavr dərəcəsini bitirmiş, hal-hazırda isə Bakı Dövlət Universitetində Psixologiya ixtisası üzrə təhsil alıram. Hər üç ixtisas üzrə aldığım təhsil turist bələdçisi kimi fəaliyyətimdə önəmli rol oynayır. Hətta 2018-ci il Hindistanın Mumbay şəhərində keçdiyim 1.5 aylıq yoqa təlimindən qazandığım bilik və bacarıqları da gələcəkdə bələdçilik peşəmlə bir araya gətirməyi planlaşdırıram.

2011-ci ildə Azərbaycan Turizm və Mədəniyyət Nazirliyinin rəhbərliyi ilə Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən təşkil edilən “Turist bələdçisi” kursunu başa vurduqdan sonra PhD təhsilimlə əlaqədar bir il ölkədən kənarda – Yunanıstanda yaşamış və fürsət düşdükcə həmin ölkənin daxilində bir çox yerlərə, eləcə də bir neçə Qərb ölkəsinə səyahət etmişəm. Məhz həmin səyahətlərim  mənə turist olmağın nə demək olduğunu daha yaxşı anlamağa kömək oldu. Bu səbəbdən də dünyanın müxtəlif yerlərindən ölkəmizə gələn turistlərimin maraq və istəklərini ən yüksək şəkildə qarşılamağa çalışır, onların ölkəmizdən ancaq xoş təəssüratlarla ayrılması üçün əlimdən gələni əsirgəmirəm. Peşəmi çox sevirəm, müxtəlif mədəniyyətlərdən olan insanlarla ünsiyyət qurmaq, onlarla qarşılıqlı olaraq mədəniyyətlərimizi bölüşmək mənə xüsusi zövq verir. Elə məni 20 illik müəllimlik fəaliyyətimdən ayrılmağa sövq edən də  turist bələdçisi peşəsinə olan sevgimdir. Turizmin ən çox sevdiyim növləri isə haykinq, ekstrim və kənd turizmidir.

Diplom və sertifikatlar:

  1. Azərbaycan Dillər Universiteti – Tərcümə ixtisası (bakalavr, magistr) üzrə diplomlar
  2. Azərbaycan Turizm və Menecment Universiteti – Menecment ixtisası (bakalavr) üzrə diplom
  3. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Turist bələdçisi” sertifikatı
  4. Hindistanın Mumbay şəhəri Yoga Vidya Gurukul məktəbində keçirilən “Yoqa müəllimi təlimi” üzrə diplom
  5. SAHMAN sertifikatı
  6. HOT sertifikatı (Dünya Turist Bələdçiləri Asosiasiyaları Federasiyası )

 

ATGA
Naviqasiya
  • Haqqımızda
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Məxfilik Siyasəti
  • Şərtlər Və Müddəalar
  • Bizimlə Əlaqə
  • Kukilər Siyasəti
Əlaqə
  • AZ1010, Bakı şəh., Bülbül prospekti 14. 2-ci mərtəbə
  • +994 12 498 12 44 daxili 602
  • [email protected]
Abunə ol
Xəbər bülletenimizə abunə olun
© | ATGA 2025