Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə 24–25 noyabr tarixlərində yerli turizm sənayesinin 50 nümayəndəsi üçün Gəncə və Göygölə infotur təşkil olunub.
Səfərdə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATGA) nümayəndələri və bələdçiləri də iştirak ediblər.
İki gün davam edən proqram çərçivəsində iştirakçılar regionun mədəni-tarixi irsi, təbii turizm resursları və istirahət imkanları ilə tanış olub, bölgədə fəaliyyət göstərən turizm obyektlərinə baş çəkiblər.
İnfotur zamanı mövcud turizm məhsullarının qiymətləndirilməsi, yeni marşrutların hazırlanması və Gəncə-Göygöl istiqamətinin daxili turizm bazarında təşviqi imkanları müzakirə olunub.
Səfər regionun turizm potensialının daha geniş tanıdılması, regional turizm məhsullarının şaxələndirilməsi və yerli turizm şirkətləri ilə bələdçilər arasında əməkdaşlığın inkişafına töhfə verib.
Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası olaraq, bu faydalı təşəbbüsə və turizm sənayesinin inkişafına göstərdiyi dəstəyə görə Azərbaycan Turizm Bürosuna təşəkkürümüzü bildiririk.