ATGA
  • Haqqımızda
    • ATBA İdarə Heyəti
    • Tərəfdaşlarımız
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Bizim Üzvlərimiz
    • Fərdi üzvlər
    • Həmkar üzvlər
  • Bizə qoşulun
  • Daxil ol
    • AZAZ
    • ENEN
    • RURU
AZ AZ EN EN RU RU
Daxil ol
  • AZ
  • EN
  • RU
  • Daxil ol

[email protected]
+994 55 253 21 08 daxili 602

  • Ana səhifə
  • Xəbərlər
  • 12:15 12 Oktyabr 2026

Lənkəran və Astara İnfotouru

Otyabrın 8–9-da Azərbaycan Turizm Bürosu tərəfindən Lənkəran və Astara rayonlarına yerli turizm sənayesi nümayəndələri üçün tanışlıq səfəri təşkil olunub.

İki gün davam edən səfərdə turizm sənayesinin 50 nümayəndəsi, o cümlədən Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının  nümayəndələri iştirak ediblər.

Səfərin məqsədi yerli turizm sənayesi nümayəndələrini bölgənin fərqli turizm imkanları ilə yerində tanış etmək, yeni səyahət marşrutları və turizm məhsullarının inkişafı üçün perspektivləri dəyərləndirmək olub.

Proqram çərçivəsində iştirakçılar yerli turizm məkanlarına baş çəkib, bölgələrin qonaqpərvərlik ənənələri, turizm məhsulları və təklif olunan təcrübələrlə yerində tanış olublar.

Tanışlıq səfəri Lənkəran və Astara rayonlarının turizm imkanlarının yerli turizm sənayesi nümayəndələrinə daha yaxından tanıdılması, eləcə də Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası da daxil olmaqla, turizm sektorunun müxtəlif iştirakçıları arasında gələcək əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyət daşıyıb.

Qarşıdakı dövrdə yerli turizm sənayesi nümayəndələri üçün Azərbaycanın digər regionlarına da tanışlıq səfərlərinin təşkili nəzərdə tutulur.

ATGA
Naviqasiya
  • Haqqımızda
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Məxfilik Siyasəti
  • Şərtlər Və Müddəalar
  • Bizimlə Əlaqə
  • Kukilər Siyasəti
Əlaqə
  • AZ1010, Bakı şəh., Bülbül prospekti 14. 2-ci mərtəbə
  • +994 55 253 21 08 daxili 602
  • [email protected]
Abunə ol
Xəbər bülletenimizə abunə olun
© | ATGA 2026