Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Xızı və Şabran rayonlarına yerli turizm sənayesi nümayəndələri üçün tanışlıq səfəri keçirilib.
İki gün davam edən səfərdə 50 turizm sənayesi nümayəndəsi, o cümlədən Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının üzvləri iştirak ediblər.
Səfər çərçivəsində iştirakçılar bölgələrin turizm potensialı, tarixi-mədəni irsi, təbii resursları və yerli turizm məhsulları ilə yaxından tanış olublar.