ATGA
  • Haqqımızda
    • ATBA İdarə Heyəti
    • Tərəfdaşlarımız
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Bizim Üzvlərimiz
    • Fərdi üzvlər
    • Həmkar üzvlər
  • Bizə qoşulun
  • Daxil ol
    • AZAZ
    • ENEN
    • RURU
AZ AZ EN EN RU RU
Daxil ol
  • AZ
  • EN
  • RU
  • Daxil ol

[email protected]
+994 55 253 21 08 daxili 602

  • Ana səhifə
  • Xəbərlər
  • 14:17 09 İyun 2026

Bələdçilər üçün Təhlükəsizlik və Fövqəladə Hallara Hazırlıq Təlimi Keçirilib

İyunun 8-də Fövqəladə Hallar Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə FHN Akademiyasında tur bələdçiləri üçün turistlərin müxtəlif məkanlarda təhlükəsizliyinin təmin edilməsi, eləcə də fövqəladə hallarda düzgün davranış qaydalarına dair təlim keçirilib. Təlimdə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının  bələdçiləri də iştirak ediblər.

Tədbirdə FHN İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini İradə Kərimova, Akademiya rəisinin birinci müavini Fuad Mehbalıyev, FHN-in aidiyyəti qurumlarının, Dövlət Turizm Agentliyinin və müxtəlif turizm şirkətlərinin məsul əməkdaşları iştirak ediblər.

Təlimin keçirilməsində əsas məqsəd yerli və xarici turistlərin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin səmərəliliyinin artırılması, həmçinin tur bələdçilərinin təhlükəsizlik sahəsində bilik və bacarıqlarının, fövqəladə hallara hazırlıq səviyyələrinin yüksəldilməsi olub.

Təlimin nəzəri hissəsində FHN mütəxəssisləri tərəfindən dağlıq və meşəlik ərazilərdə, su hövzələrində, vulkanik zonalarda, tarixi və digər turistik məkanlarda, eləcə də müxtəlif attraksionlarda və nəqliyyat vasitələrində, hava şarları və paraşüt fəaliyyətlərində yarana biləcək risklər, həmin risklərlə bağlı davranış qaydaları, fövqəladə hallar zamanı görülməli tədbirlər, ilkin yardımın göstərilməsi və “112” qaynar telefon xəttinin imkanları barədə ətraflı məlumat verilib. Eyni zamanda mövzu ilə bağlı maarifləndirici videoçarxlar nümayiş etdirilib.

İnteraktiv formada təşkil olunan nəzəri hissədə iştirakçıların sualları ətraflı cavablandırılıb, onlara təhlükəsiz davranış qaydalarına dair yaddaş materialları təqdim olunub.

Təlimin praktik hissəsində isə şərti hadisə zamanı “zərərçəkmişlər”ə ilkin yardımın göstərilməsi nümayiş etdirilib. Bundan əlavə, dağ bələdçiləri və ekstremal səyahətlərə rəhbərlik edən şəxslər üçün xilasetmə avadanlıqlarından istifadə qaydaları əyani şəkildə təqdim olunub.

Uğurla başa çatan təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub və proqramı müvəffəqiyyətlə tamamlayan iştirakçılara fəxri fərmanlar təqdim edilib.

 

ATGA
Naviqasiya
  • Haqqımızda
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Məxfilik Siyasəti
  • Şərtlər Və Müddəalar
  • Bizimlə Əlaqə
  • Kukilər Siyasəti
Əlaqə
  • AZ1010, Bakı şəh., Bülbül prospekti 14. 2-ci mərtəbə
  • +994 55 253 21 08 daxili 602
  • [email protected]
Abunə ol
Xəbər bülletenimizə abunə olun
© | ATGA 2026