ATGA
  • Haqqımızda
    • ATBA İdarə Heyəti
    • Tərəfdaşlarımız
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Bizim Üzvlərimiz
    • Fərdi üzvlər
    • Həmkar üzvlər
  • Bizə qoşulun
  • Daxil ol
    • AZAZ
    • ENEN
    • RURU
AZ AZ EN EN RU RU
Daxil ol
  • AZ
  • EN
  • RU
  • Daxil ol

[email protected]
+994 55 253 21 08 daxili 602

  • Ana səhifə
  • Xəbərlər
  • 15:38 19 May 2026

Azərbaycanın turizm imkanları

Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində Azərbaycan pavilyonunda  ölkəmizin turizm imkanları tanıdılır.

Ziyarətçilərə ölkəmizin mədəni turizm, qastroturizm, qış turizmi, ekoturizm, eləcə də Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı və “Zəfər Yolu” marşrutu boyunca turizm imkanları barədə ətraflı məlumat verilir.

Milli stenddə ziyarətçilərə virtual reallıq (VR) texnologiyası vasitəsilə Azərbaycanın müxtəlif turistik məkanlarını kəşf etmək imkanı təqdim olunur, şəbəkə ustası tərəfindən keçirilən master-klaslar çərçivəsində iştirakçılara şəbəkə sənəti tanıdılır.

Sərgi çərçivəsində ziyarətçilərə Azərbaycanın zəngin çay mədəniyyətini təqdim edən məlumat sessiyası keçirilir və milli şirniyyatlarla çay təqdim olunur.

Bundan əlavə, ziyarətçilər üçün quş müşahidəsi turizminin təşviqinə həsr olunmuş təqdimat sessiyaları təşkil olunaraq Azərbaycanın ekoloji müxtəlifliyi və milli parkları haqqında ətraflı məlumat verilir.

Tədbir müddətində Azərbaycan turizminə həsr olunan məlumatlandırıcı sessiyalar davam etdiriləcək.

ATGA
Naviqasiya
  • Haqqımızda
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Məxfilik Siyasəti
  • Şərtlər Və Müddəalar
  • Bizimlə Əlaqə
  • Kukilər Siyasəti
Əlaqə
  • AZ1010, Bakı şəh., Bülbül prospekti 14. 2-ci mərtəbə
  • +994 55 253 21 08 daxili 602
  • [email protected]
Abunə ol
Xəbər bülletenimizə abunə olun
© | ATGA 2026