4 may tarixində Odlar Yurdu Universitetində WUF13 – Ümumdünya Şəhərsalma Forumu çərçivəsində “Urban inkişaf və turizm: şəhər destinasiyalarının yeni imkanları” adlı tədbir keçirilib.
Tədbir urban inkişaf, dayanıqlı turizm, şəhər iqtisadiyyatı və beynəlxalq əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunub.
Paneldə spiker qismində Tural Musayev — Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının sədri iştirak etmişdir.
Müzakirələr zamanı şəhər turizminin gələcəyi, inkişaf perspektivləri, innovasiya, dayanıqlılıq, mədəni irsin qorunması, yeni əməkdaşlıq imkanları və şəhər iqtisadiyyatının inkişafında turizmin rolu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, bu cür platformalar urban inkişaf və turizm sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişlənməsinə və yeni layihələrin formalaşmasına mühüm töhfə verir.
Dəvətə görə Odlar Yurdu Universitetinin rəhbərliyinə təşəkkür edirik.
İnanırıq ki, gələcəkdə də bu kimi uğurlu layihələr və əməkdaşlıqlar uğurla davam edəcəkdir.