Dövlət Turizm Agentliyinin kollektivi, tabe qurumların əməkdaşları, turizm sənayesi nümayəndələri və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunaraq üzərinə gül dəstələri qoyulub.