Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası-nın sədri Tural Musayev Bakı Dövlət Universiteti-nin Şərqşünaslıq fakültəsində tələbələrlə görüş keçirib.
Görüşün əsas məqsədi tələbələrin turizm sahəsinə marağının artırılması, onların təlim proqramlarına cəlb olunması və ümumilikdə turizm sektoru haqqında məlumatlandırılması olub.
Tədbir zamanı bələdçi fəaliyyətinin xüsusiyyətləri, bu sahədə karyera qurmaq imkanları və peşəkar bələdçi olmaq üçün tələb olunan bilik və bacarıqlar barədə geniş məlumat verilib.
Sonda isə sual-cavab sessiyası keçirilib və tələbələrin ünvanladığı suallar ətraflı şəkildə cavablandırılıb.