ATGA
  • Haqqımızda
    • ATBA İdarə Heyəti
    • Tərəfdaşlarımız
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Bizim Üzvlərimiz
    • Fərdi üzvlər
    • Həmkar üzvlər
  • Bizə qoşulun
  • Daxil ol
    • AZAZ
    • ENEN
    • RURU
AZ AZ EN EN RU RU
Daxil ol
  • AZ
  • EN
  • RU
  • Daxil ol

[email protected]
+994 12 498 12 44 daxili 602

  • Ana səhifə
  • Xəbərlər
  • 13:44 17 Mart 2023

“Xəzərin irsi” adlı unikal sualtı arxeologiya sərgisi ziyarətçilərini gözləyir

“Heydər Əliyev İli” və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasının 165 illik yubileyi münasibətilə 17 Mart 2023-cü il tarixində "Dünyada ilk tanker-muzey olan "Suraxanı" gəmi-muzeyində “Xəzərin İrsi” adlı unikal sualtı-arxeologiya sərgisinin açılış mərasimi keçirildi. Sərginin unikallığını burada nümayiş olunan eksponatlar-Xəzərin dibindən sualtı arxeoloqların aşkarlayaraq çıxardığı artefaktlar təşkil edir.

Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Tural Musayev və nümayəndə heyəti, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO), Azərbaycan Milli Elmlər Akademiyasının, Milli Azərbaycan Tarixi Muzeyinin rəhbər şəxsləri və əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri, jurnalistlər sərginin açılış mərasimində iştirak ediblər.

Sərgi çərçivəsində sərginin kataloqunun və ilk dəfə “Suraxanı” gəmi-muzeyinin “Bələdçi kitabı”nın təqdimatı da keçirildi.

Sərgidə ziyarətçilər Azərbaycanın su altında qalmış şəhərləri, batmış orta əsr gəmiləri, ölkəmizin zəngin mədəniyyəti və çoxşaxəli ticarət əlaqələri haqqında məlumat əldə etmiş olacaqlar.

"Xəzərin irsi" sualtı-arxeologiya sərgisi Azərbaycan tarixi və mədəniyyəti ilə maraqlanan hər bir vətandaş, həmçinin ölkəmizin qonaqları üçün maraqlı olacaq.

ATGA
Naviqasiya
  • Haqqımızda
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Məxfilik Siyasəti
  • Şərtlər Və Müddəalar
  • Bizimlə Əlaqə
  • Kukilər Siyasəti
Əlaqə
  • AZ1010, Bakı şəh., Bülbül prospekti 14. 2-ci mərtəbə
  • +994 12 498 12 44 daxili 602
  • [email protected]
Abunə ol
Xəbər bülletenimizə abunə olun
© | ATGA 2025