ATGA
  • Haqqımızda
    • ATBA İdarə Heyəti
    • Tərəfdaşlarımız
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Bizim Üzvlərimiz
    • Fərdi üzvlər
    • Həmkar üzvlər
  • Bizə qoşulun
  • Daxil ol
    • AZAZ
    • ENEN
    • RURU
AZ AZ EN EN RU RU
Daxil ol
  • AZ
  • EN
  • RU
  • Daxil ol

[email protected]
+994 12 505 87 04 daxili 2400

  • Ana səhifə
  • Xəbərlər
  • 17:54 05 Mart 2022

ATBA üzv olan müharibə iştirakçıları və Qarabağ vebinarı iştirakçıları ilə Şuşaya səfər etdilər.

Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının Qarabağ vebinar iştirakçıları və ATBA-ya üzv olan müharibə iştirakçıları 30 illik həsrətdən sonra Şuşaya səfər etdilər.
Məşhur xanəndə Bülbülün, Şuşinskinin doğulduğu, sonuncu Qarabağ xanının qızı məşhur şairə Nətavanın yaşadığı, Aleksandr Dümanın gəldiyi, şəhərin simvolu olan Xarıbülbül çiçəyi və haqqında çox yazılan bu əfsanəvi Şuşa şəhərini görmək çox heyrətamiz oldu.
Fəaliyyət göstərən obyektlər şair Molla Pənah Vaqifin məqbərəsi, xanəndə Bülbülün evi, İcraiyyə Komitəsinin binası, meşədəki Alban kilsəsi, Qeqar məscidi ziyarət olundu.
Şuşada yaşayan bələdçi Fəzilə xanım ATBA-nın bələdçilərinə tur keçdi. O, işğaldan əvvəl olan şəhərin tarixi, bu gün görülən işlər, şəhərin bərpası və görməli yerlər haqqında ətraflı məlumat verdi. Tur "Qoç ət" restoranında nahar etməklə başa çatdı. 
Biz uzun müddətdir ki, bu səfər üzərində işləyirik ki, bələdçilərimiz işğaldan azad edilmiş Şuşa şəhərini ziyarət edib öz gözləri ilə baxa bilsinlər, bu səfərin təşkil edilməsində dəstək olan Dövlət Turizm Agentliyi-nə, Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi cənab Aydın Kərimova, Şuşa Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri cənab Məftun Abbasova, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi-nin rəhbərliyinə və təhlükəsiz hərəkətimizi təmin edən AAY əməkdaşlarına ATBA adından dərin təşəkkürümüzü bildiririk.

ATGA
Naviqasiya
  • Haqqımızda
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Məxfilik Siyasəti
  • Şərtlər Və Müddəalar
  • Bizimlə Əlaqə
  • Kukilər Siyasəti
Əlaqə
  • Nizami küçəsi 96 E. 2-ci mərtəbə Landmark 1
  • +994 12 505 87 04 daxili 2400
  • [email protected]
Abunə ol
Xəbər bülletenimizə abunə olun
© | ATGA 2022