ATGA
  • Haqqımızda
    • ATBA İdarə Heyəti
    • Tərəfdaşlarımız
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Bizim Üzvlərimiz
    • Fərdi üzvlər
    • Həmkar üzvlər
  • Bizə qoşulun
  • Daxil ol
    • AZAZ
    • ENEN
    • RURU
AZ AZ EN EN RU RU
Daxil ol
  • AZ
  • EN
  • RU
  • Daxil ol

[email protected]
+994 12 498 12 44 daxili 602

  • Ana səhifə
  • Xəbərlər
  • 10:38 13 Noyabr 2021

ATBA-nın nümayəndələri Ağdam rayonuna səfər ediblər

Noyabrın 13-də Dövlət Turizm Agentliyi tərəfindən turizm sənayesi nümayəndələrinin işğaldan azad olunmuş Ağdam rayonuna səfəri təşkil olunub.

Səfərdə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin və hotellərin nümayəndələri, turizm blogerləri həmçinin Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının idarə heyətininin üzvləri iştirak ediblər.

Səfər çərçivəsində “İmarət” kompleksinə, Çörək muzeyinə, Dram teatrının qalıqlarına baxış keçirilib, eləcə də Şahbulaq qalası, Ağdam Cümə məscidi və Qiyaslı kəndindəki məscid ziyarət olunub.

İştirakçılar işğal müddətində “kabus şəhər”ə çevrilən Ağdama qarşı törədilmiş urbisid aktının nəticələrini müşahidə ediblər və rayonun mövcud turizm imkanlarını qiymətləndiriblər.

Səfər iştirakçıları Ağdam şəhəri də daxil olmaqla rayonun yenidənqurulması və bərpası istiqamətində görülən işlərlə tanış olublar.

ATGA
Naviqasiya
  • Haqqımızda
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Məxfilik Siyasəti
  • Şərtlər Və Müddəalar
  • Bizimlə Əlaqə
  • Kukilər Siyasəti
Əlaqə
  • AZ1010, Bakı şəh., Bülbül prospekti 14. 2-ci mərtəbə
  • +994 12 498 12 44 daxili 602
  • [email protected]
Abunə ol
Xəbər bülletenimizə abunə olun
© | ATGA 2025