Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası bələdçilərin VÖEN ilə fəaliyyətinin təşviq olunması üçün iki günlük onlayn tədbir təşkil edib. Tədbir sentyabr ayının 28-i və 29-u tarixlərində baş tutub.
Sentyabrın 28-nə planlaşdırılmış tədbirin birinci hissəsində Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası və Azərbaycan Turizm Agentlikləri Assosiasiyası arasında daha öncə imzalanmış anlaşma memorandumuna əsasən iki assosiasiya arasında onlayn görüş baş tutdu.
Tədbirə müxtəlif turizm agentliklərinin nümayəndələri qatılmışdı. Görüşün məqsədi bələdçilərin və agentliklərin fəaliyyətlərini tənzimləmək və inkişaf etdirmək idi.
Başlanğıcında ATBA-nın sədri Tural Musayev çıxış edərək, assosiasiya və bələdçilərin fəaliyyəti haqqında iştrakçıları məlumatlandırdı. Daha sonra ATAA-nın icraçı direktoru Əli İsrafilov agentliklərin nümayəndələrinə ATAA və ATBA arasında imzalanan anlaşma memorandumunun mahiyyəti və ondan irəli gələn öhdəliklər barədə məlumat paylaşdı.
Onlayn görüşün sonunda sual-cavab sessiyası baş tutdu. Sessiya zamanı Tural Musayev və Əli İsrafilov turizm agetnliklərinin nümayəndələrinin suallarını cavablandırdılar. Müzakirə zamanı mövcud problemlərin, həmçinin bələdçilərin VÖEN ilə fəaliyyətlərinin təşviqi məsələsinə də toxunuldu.
29 sentyabr tarixində ATBA-nın təşkilatçılığı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrinin iştrakı ilə tədbirin ikinci hissəsi baş tutdu. Tədbir turizm bələdçilərinin VÖEN ilə fəaliyyətinə həsr olunmuşdu.
Tədbirdə Asan İmza, VÖEN və E-qaimə eldə edilməsi üçün videoçarxlar nümayiş etdirildi. Daha sonra Dövlət Vergi Xidmətinin nümayəndəsi ilə VÖEN ilə əmək fəaliyyətinin üstünlükləri barədə müzakirə baş tutdu. Onlayn görüş sual-cavab sessiyasından sonra tamamlandı. Suallar arasında illik vergi hesabatlarının harada verə biləcəkləri və bunun haqqında təlimatlandırıcı video olub olmaması və bələdçi olaraq bir müddət ərzində fəalliyyət göstərmədiyi halda verg, siğorta və DSMF ödəmələrini etmələrini edib-etməmələri barədə var idi.
Videolar:
- Onlayn elektron qaimə fakturanın edilməsi və göndərilməsi prosesi - https://youtu.be/E_raDOVT0LQ
- Şəhadətnamə dublikatının alınması təlimatı - https://youtu.be/ljSmY4GHy2I
- VÖEN-in açılması və ASAN imzanın alıması təlimatı - https://youtu.be/Ktry0d6SC6s