Avgustun 26-sı "Bakı Kəndləri" təlimi çərçivəsində Ramana kəndi üzrə yerli bələdçilərin hazırlanmasını hədəfləyən təlimin birinci hissəsi başa çatıb. Təlimin 2 günlük nəzəri hissəsini beynəlxalq təlimçi Səkinə Əsgərova tərəfindən tədris edilmişdi. İki günlük praktiki hissə isə tanınmış tarixçi Fuad Axundov tərəfindən Bakı və Balaxanıda model gəzinti turu şəklində keçirilmişdi.
Yaxın zamanda növbəti kəndlər üzrə təlinlərin başlanğıc tarixləri elan olunacaq, xəbərlərimizi izləyin.