ATGA
  • Haqqımızda
    • ATBA İdarə Heyəti
    • Tərəfdaşlarımız
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Bizim Üzvlərimiz
    • Fərdi üzvlər
    • Həmkar üzvlər
  • Bizə qoşulun
  • Daxil ol
    • AZAZ
    • ENEN
    • RURU
AZ AZ EN EN RU RU
Daxil ol
  • AZ
  • EN
  • RU
  • Daxil ol

[email protected]
+994 12 498 12 44 daxili 602

  • Ana səhifə
  • Xəbərlər
  • 15:43 22 İyun 2021

ATBA-nın Alban İrsi üzrə tədqiqatçı qrupu araşdırmalar aparıb

Azərbaycan Turizm Bürosunun dəstəyi ilə, ATBA təcrübəli bələdçilərdən Qafqaz Albaniyasının tarixi abidələrinin axtarışı ilə bağlı tədqiqat qrupu yaradmışdır. Həmin qrupun fəaliyyəti əsasında qısa müddət ərzində çoxlu sayda unikal abidələr və tarixi obyektlər tapılıb.

Qrupa sahə tədqiqatçıları Yəhya Bayramov və Cavad Ağayev, və məlumatları Bakıdan koordinasiya edən Nəzrin Məmmədova daxil idi.

Sahə tədqiqatçıları ümumi olaraq 2 istiqamət üzrə hərəkət ediblər:

  • 11 gün Şimal-Qərb istiqamətində: Bakı, Şamaxı, İsmayillı, Qələbə, Oğuz, Qax, Şəki, Balakən, Zaqatala;
  • 15 gün Qərb istiqamətində: Aqstafa, Bərdə, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Mingəçevir, Qazax, Şəmkir, Tovuz, Samux

Tədqiqatın sonunda 50-dən çox tarixi obyejtlər tapılıb. Aralarında 39 unikal tarixi abidələr qeyd olunub.

Hal-hazırda ATBA tərəfindən aşkar olunan tarixi abidələrin və obyektlərin turizmə yararlı və ya yararsız olduqları istiqamətdə analiz aparılır. Əlavə olaraq ATBA, ATB və AMEA-nın tapılan abidələrin tarixləri haqda birgə elmi iş aparılır.

Qeyd etmək istərdik ki, tədqiqatın aparıldığı marşrutlar üzrə aşkarlanan tarixi abidələrin və obyektlərin şəkilləri yaxın zamanda ATBA-nın üzvləri ilə paylaşılacaq. Şəkilləri üzvlər “Şəxsi kabinet”-dən yükləyə biləcəklər.

ATGA
Naviqasiya
  • Haqqımızda
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Məxfilik Siyasəti
  • Şərtlər Və Müddəalar
  • Bizimlə Əlaqə
  • Kukilər Siyasəti
Əlaqə
  • AZ1010, Bakı şəh., Bülbül prospekti 14. 2-ci mərtəbə
  • +994 12 498 12 44 daxili 602
  • [email protected]
Abunə ol
Xəbər bülletenimizə abunə olun
© | ATGA 2025