27 Aprel tarixində ATBA-nın “Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının Üzvlüyünə start verilməsi” adlı tədbiri baş tutmuşdur.
Tədbir zamanı assosiasiyanın yeni üzvlük mexanizmi, sertifikasiya prosesinin detalları, irəlidə gözlənilən təlimlər və digər layihələr kimi mövzülar işıqlandırılıb.
Əsas mövzülardan biri olan üzvlük barədə ATBA-nın Baş Katibi Tural Musayev ətraflı məlumat verib. İki növ üzvlük elan olundu: Fərdi və Həmkar üzvlük.
Fərdi üzvlüyə bələdçilik fəaliyyəti ilə ilə məşğul olan bütün bələdçilər qoşula bilər, sadəcə olaraq veb saytda "Bizim üzvlər" bölməsində Azərbaycan Turizm Bürosu tərəfindən verilmiş rəsmi bələdçilik vəsiqəsinə malik olan bələdçilər qeyd olunacaq. Həmkar üzvlük isə turizm sənayesində fəaliyyət göstərən və bu sahəni inkişaf etdirən şirkətlər üçün keçərlidir.
Bugünki pandemiya ilə bağlı turizm sənayesində vəziyyəti nəzərə alaraq, ATBA üzvlüyün birinci ilini ödənişsiz elan edib.
Tədbirdə Azərbaycan Turizm Bürosuna tabe olan Turizm Bələdçiləri Sertifikatlaşma Orqanının Keyfiyyət üzrə Meneceri Səkinə Əsgərova da çıxış edib və Sertifikasiya proseduru ilə bağlı məlumat verib. Səkinə xanımın verdiyi məlumata əsasən turizm bələdçilərinə sertifikasiya prosedurunun may ayının sonunda başlanması gözlənilir və ictimaiyətə bu barədə məlumat veriləcək.
Tədbir zamanı assosiasiyanın yeni veb səhifəsinin təqdimatı baş tutub. Qeyd etmək istərdik ki, həmin veb səhifənin vasitəsi ilə bələdçilər assosiasiyaya üzv olmaq üçün öz ərizələrini göndərə biləcək.
Assosiasiyaya üzv olmaq üçün www.atga.az veb səhifəsinə daxil olaraq, “Bizə Qoşulun” bölməsindən müraciət ərzisini göndərmək olar.
Tədbirin sonunda isə ATBA-nın baş katibi bələdçilər tərəfindən verilən sualları cavablandırıb.
Tədbirdə iştirak edə bilməyən bələdçilər burada qeyd olunan linkdə bütün tədbirə baxa bilərlər: https://youtu.be/NZA8qSHX51c