ATGA
  • Haqqımızda
    • ATBA İdarə Heyəti
    • Tərəfdaşlarımız
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Bizim Üzvlərimiz
    • Fərdi üzvlər
    • Həmkar üzvlər
  • Bizə qoşulun
  • Daxil ol
    • AZAZ
    • ENEN
    • RURU
AZ AZ EN EN RU RU
Daxil ol
  • AZ
  • EN
  • RU
  • Daxil ol

[email protected]
+994 12 498 12 44 daxili 602

  • Ana səhifə
  • Bizim komanda
Kamilə İskəndərova

Kamilə İskəndərova

Fərdi üzv

Təcrübə: 8 İl

  • İngilis dili
  • İspan dili
  • İtalyan dili
  • Rus dili

Mən, Kamilə İskəndərova, tur bələdçisiyəm.

Rusiyada anadan olmuş, Azərbaycanda böyümüşəm və özümü hər iki mədəniyyətin harmoniyasının təsiri altında olan Dünya vətəndaşı hesab etmişəm. Və mən indi şadam ki, insanların səyahətə olan sevgi və həvəsini bir  bayraq altında birləşdirmək kimi  bir şansım var. Düşünürəm ki, həyatımızda yeni mədəniyyətlər və yeni yerlər kəşf etmək qədər vacib bir şey yoxdur, çünki nəticədə ömrümüzün sonuna qədər bizimlə qalacaq şey - bizim xatirələrimizdir.

Turistlər həyəcan və maraqla növbəti səyahətin başlamağını gözləyərkən mən artıq onların gəlişinə hazırlaşıram. Mənim üçün bələdçi olmaq hər zaman qonaqlarımla ölkəmə qarşı olan sevgimi və biliklərimi bölüşmək üçün imkan yaradan, qonaqlara gəzintidən həzz almağa imkan verən və mümkün qədər çevik olub onlara rahatlıq və eyni zamanda seçim azadlığı bəxş etdirən bir macəra olub.

Tur bələdçisi olaraq əsas rollarımdan biri turistlərimin təhlükəsizliyini təmin etməkdir. Hər bir səfər zamanı  yanlarında olub, mədəniyyət və mentalitet fərqinə görə yarana biləcək bütün kiçik çətinlikləri aradan qaldırmağa və kömək etməyə çalışıram.

Bir tur bələdçisi olaraq ümid edirəm ki, turistlər yeni mədəniyyətlərarası əlaqələr qurarkən çox yaxşı vaxt keçirib yeni konsepsiyalar əldə edəcəklər. Ümud edirəm ki, hər səyahətdən sonra növbəti il yeni bir yer kəşf etməyə, daha çox məlumat əldə edib özlərini inkişaf etdirməyə can atacaqlar. Bunu təmin etməyə çalışacam ki, onlar həmişə irəli getsin və dünyanı kəşf etməyə hazır olsun.

ATGA
Naviqasiya
  • Haqqımızda
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Məxfilik Siyasəti
  • Şərtlər Və Müddəalar
  • Bizimlə Əlaqə
  • Kukilər Siyasəti
Əlaqə
  • AZ1010, Bakı şəh., Bülbül prospekti 14. 2-ci mərtəbə
  • +994 12 498 12 44 daxili 602
  • [email protected]
Abunə ol
Xəbər bülletenimizə abunə olun
© | ATGA 2025