ATGA
  • Haqqımızda
    • ATBA İdarə Heyəti
    • Tərəfdaşlarımız
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Bizim Üzvlərimiz
    • Fərdi üzvlər
    • Həmkar üzvlər
  • Bizə qoşulun
  • Daxil ol
    • AZAZ
    • ENEN
    • RURU
AZ AZ EN EN RU RU
Daxil ol
  • AZ
  • EN
  • RU
  • Daxil ol

[email protected]
+994 55 253 21 08 daxili 602

  • Ana səhifə
  • Bizim komanda
Abulfəz Cəfərov

Abulfəz Cəfərov

Fərdi üzv

Təcrübə: 1 İl

  • Rus dili
  • Türk dili

Salam!
Mən Abulfəz Cəfərov Astara rayonunun Sım kəndində yaşayıram və 6 ildirki turizm sahəsində fəaliyyət göstərirəm. Bu sahədə bələdçilik xidməti göstərirəm. Rayonumuza gələn xarici və yerli turistlərə bölgəmiz və kəndimiz haqqında ətraflı məlumat verirəm.
Fəaliyyətim çərçivəsində qonaqlara ərazimizin tarixi, təbiəti, mətbəxi, mədəniyyəti və adət - ənənələri barədə ətraflı və dolğun şəkildə məlumat verirəm. Fərqli turizm marşrutları təşkil edirəm. Məqsədim bölgəmizin əsrarəngiz təbiətini, əvəzolunmaz kulinariyasını, zəngin mədəniyyətini turistlərə tanıtmaqdır.
Vətənini millətini sevən, dövlətçiliyə sadiq, milli-mənəvi dəyərlərimizi qorumağa çalışan biriyəm.
Azərbaycan xalqının qonaqpərvərliyini qəhrəmanıığını, bölgəmizdə yaşayan etnik qrupların mədəni irsini qonaqlarıa ən gözəl şəkildə çatdırmağa çalışıram.
Futbol oynamaq kitab oxumaq, təbiətdə istirahət etmək, müxtəlif xalqlar və dövlətlər haqqında məlumat toplamaq hobbilərimdən sadəcə bir neçəsidir.
Turizm və bələdçilik sahəsində artıq müəyyən təcrübəyə sahibəm. Bir çox təlim və layihələrdə iştirak etmiş, sertifikat və şəhadətnamələr almışam.
Qonaqlarıa azərbaycan, rus və türk dillərində ünsiyyət qurur, onlara Azərbaycanın və bölgəmizin təbiətini, tarixini, mədəniyyətini və milli dəyərlərini ən gözəl şəkildə çatdırıram.
Ən ümdə məqsədim turistlərdə ölkəmiz və bölgəmiz barədə xoş və unudulmaz təssürat  yaratmaqdır.

ATGA
Naviqasiya
  • Haqqımızda
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Məxfilik Siyasəti
  • Şərtlər Və Müddəalar
  • Bizimlə Əlaqə
  • Kukilər Siyasəti
Əlaqə
  • AZ1010, Bakı şəh., Bülbül prospekti 14. 2-ci mərtəbə
  • +994 55 253 21 08 daxili 602
  • [email protected]
Abunə ol
Xəbər bülletenimizə abunə olun
© | ATGA 2026