ATGA
  • Haqqımızda
    • ATBA İdarə Heyəti
    • Tərəfdaşlarımız
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Bizim Üzvlərimiz
    • Fərdi üzvlər
    • Həmkar üzvlər
  • Bizə qoşulun
  • Daxil ol
    • AZAZ
    • ENEN
    • RURU
AZ AZ EN EN RU RU
Daxil ol
  • AZ
  • EN
  • RU
  • Daxil ol

[email protected]
+994 55 253 21 08 daxili 602

  • Ana səhifə
  • Bizim komanda
Xəlil Həmzəyev

Xəlil Həmzəyev

Fərdi üzv

Təcrübə: 1 İl

  • Türk dili

Salam, mən Xəlil Həmzəyev. Astara rayonunun Sım kəndində yaşayıram və turizm sahəsində fəaliyyət göstərirəm. Bu sahə ilə bağlı bələdçilik fəaliyyəti ilə məşğul olur, ölkəmizə gələn yerli və xarici qonaqlara Azərbaycanın ən gözəl bölgələrindən biri olan Astara rayonu və xüsusilə Sım kəndi haqqında məlumat verirəm.
Fəaliyyətim çərçivəsində qonaqlara bölgənin tarixi, təbiəti, milli mətbəxi, mədəniyyəti və adət-ənənələri haqqında məlumat təqdim edir, müxtəlif turizm marşrutları təşkil edirəm. Məqsədim yalnız Sım kəndini deyil, ümumilikdə Astara bölgəsinin əsrarəngiz təbiətini, dağlıq ərazilərini və zəngin mədəniyyətini turistlərə tanıtmaqdır.
Mən vətənini sevən, dövlətinə bağlı və milli-mənəvi dəyərlərimizi qorumağa önəm verən bir insanam. Azərbaycan xalqının qonaqpərvərliyini, milli dəyərlərini və bölgəmizdə yaşayan xalqların mədəni irsini qonaqlara çatdırmağı özüm üçün önəmli hesab edirəm.
Hobbilərim arasında futbol oynamaq, səyahət etmək, off-road maşınları ilə turlar təşkil etmək, piyada və avtomobil yürüşləri keçirmək, dağlıq ərazilərdə yeni turizm marşrutları müəyyənləşdirmək xüsusi yer tutur.
Turizm və bələdçilik sahəsində 8 illik təcrübəyə sahibəm. Qonaqlarla Azərbaycan, türk və rus dillərində ünsiyyət quraraq onlara bölgəmizin təbiətini, mədəniyyətini və milli dəyərlərini daha yaxından tanıtmağa çalışıram. Məqsədim turistlərdə Azərbaycan və xüsusilə Astara bölgəsi haqqında xoş və unudulmaz təəssürat yaratmaqdır.

ATGA
Naviqasiya
  • Haqqımızda
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Məxfilik Siyasəti
  • Şərtlər Və Müddəalar
  • Bizimlə Əlaqə
  • Kukilər Siyasəti
Əlaqə
  • AZ1010, Bakı şəh., Bülbül prospekti 14. 2-ci mərtəbə
  • +994 55 253 21 08 daxili 602
  • [email protected]
Abunə ol
Xəbər bülletenimizə abunə olun
© | ATGA 2026