Mənim adım Azər. Mən pedaqoji istiqamət üzrə tarix fakültəsini bitirmişəm və Azərbaycan üzrə peşəkar turizm bələdçisiyəm.Mənim əsas məqsədim turistləri ölkəmizin zəngin mədəni və tarixi irsi ilə tanış etmək, onun ənənələrini, özünəməxsus koloritini və unikal ab-havasını təqdim etməkdir. Hər bir ekskursiya böyük diqqət və məsuliyyətlə hazırlanır ki, qonaqlar Azərbaycanın çoxəsrlik tarixi, mədəniyyəti və gündəlik həyatı haqqında dolğun və əhatəli məlumat əldə etsin, eyni zamanda ölkənin həqiqi atmosferini hiss edə bilsinlər.