2016-cı ildən etibarən fəaliyyət göstərərək, dünyanı gəzdiyim kimi öz ölkəmi də əcnəbi qonaqlarla qarış-qarış kəşf etmişəm. Bu illər ərzində otuzdan çox millətin nümayəndəsi ilə peşəkar səviyyədə üç dildə çalışmış, Azərbaycanı onların gözündə sadəcə bir məkan deyil, anlaşılan və hiss edilən bir ölkəyə çevirməyə çalışmışam.
İspan dili üzrə beynəlxalq DELE C1 sertifikatına, portuqal dili üzrə isə Portuqaliya səfirliyi tərəfindən təqdim olunmuş rəsmi sertifikata malikəm. Turlarda ən çox istifadə etdiyim dillərdən biri isə ingilis dilidir. İspanadicto İspan Dili Mərkəzinin təsisçisi və müəllimi olaraq, illərdir bələdçilik fəaliyyəti ilə yanaşı müəllimliklə də məşğulam. Qısacası, mənim işim öyrətməkdən ibarətdir: yalnız dilçilik sahəsində deyil, müxtəlif mövzulardan danışaraq öz tərzimdə qonaqlarımıza ölkəmi göstərmək, tanıtmaq və adət-ənənələrini öyrətmək mənim üçün böyük zövqdür.