Mən, Famil Məmmədov, offroad və overland səyahətlərinə xüsusi maraq göstərən, təbiət yönümlü turizm marşrutlarının inkişafını dəstəkləyən bir üzvəm. Dağlıq və çətin keçilən ərazilərdə təhlükəsiz və məsuliyyətli səyahət konsepsiyalarının təşviqi, eləcə də ölkəmizin az tanınan bölgələrinin tanıdılması əsas maraq dairəmdir. Bələdçilər assosiasiyası çərçivəsində təcrübə paylaşımı və birgə layihələrdə iştirak etməyi hədəfləyirəm.