Mənim adım Vüqar Məmmədovdur, 2017-ci ildən etibarən Azərbaycanda ingilis və rus dillərində sürücü-bələdçi kimi fəaliyyət göstərirəm və bu işi ürəkdən sevirəm.
Mənim üçün sürücü-bələdçi olmaq təkcə maşın sürmək və məlumat vermək deyil — qonaqlara yol boyu qayğı göstərmək, onları rahat və güvənli hiss etdirməkdir. İlk görüşdən son vidalaşmaya qədər qonaqlarımın komfortu mənim üçün önəmlidir.
Səyahət zamanı Azərbaycan tarixindən, mədəniyyətindən, adət-ənənələrindən və gündəlik həyatından maraqlı hekayələr danışıram. Təkcə məşhur məkanları deyil, həm də gizli qalan yerləri, gözəl təbiəti və yerli həyat tərzini göstərməyi sevirəm.
Turlarım adətən səmimi və çevik keçir — xoş söhbətlər, şəkil fasilələri, yerli yeməklər və unudulmaz anlarla dolu olur. Məqsədim sadədir:
qonaqların Azərbaycanı yerli insanlar kimi hiss etməsi və ölkəmizdən xoş xatirələrlə ayrılması.
Gəlin birlikdə səyahət edək və Azərbaycanı kəşf edək!