Salam əleykum, dostlar!
Mənim adım Nərgizdir — rusdilli bələdçi, qrup və fərdi turların təşkilatçısıyam. 12 ildən artıqdır ki, turizm sahəsində fəaliyyət göstərirəm. Gözəl məmləkətimizin qonaqlarını müşayiət etməyi, ölkəmizi yaxından tanıtmağı, tariximizin maraqlı anlarını paylaşmağı və onları adət-ənənələrimizlə tanış etməyi çox sevirəm.
Azərbaycan zəngin və gözəl təbiəti, qədim tarixi, ləziz mətbəxi, istiqanlı və qonaqpərvər insanları ilə tanınır. Ölkəmi təmsil etmək və onun ruhunu qonaqlara çatdırmaq mənim üçün böyük şərəfdir.
Bakı Slavyan Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsini bitirmişəm. Daha sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı şəhəri üzrə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində çalışmış, həmçinin burada çoxsaylı peşəkar bələdçi hazırlığı kurslarını uğurla tamamlamışam.
Müxtəlif məşhur şəxslərə və dövlət xadimlərinə turlar aparmışam. Məsələn: Filip Kirkorov, Maksim Fadeev, Artik & Asti və başqaları.