Salam.Mən Ellada. Azərbaycan Dillər Universitetində bakalavr təhsili almışam. Uşaqlıqdan fərqli ölkələrdən olan insanlarla ünsiyyət qurmağı sevmişəm. Bu maraq məni 2022-ci ildən bələdçilik yoluna gətirdi.
Məqsədim ölkəmizi, mədəniyyətimizi, dadlı yeməklərimizi turistlərə sevdirmək və onları ölkəmizdən xoş xatirələrlə yola salmaqdır. Onların özlərini burada yad deyil, doğma hiss etmələri mənim üçün ən böyük uğurdur.