Mən, Məmmədova Şəms Ehtibar qızı, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin məzunuyam. 2015-ci ildən etibarən tur bələdçisi kimi fəaliyyət göstərirəm. Əsasən Körfəz ölkələri və digər ərəb dövlətlərindən gələn qonaqlara xidmət göstərir, onlara Azərbaycanın zəngin tarixini, mədəniyyətini, adət-ənənələrini və görməli məkanlarını böyük həvəslə tanıdıram. Bu işi həm peşəm, həm də bir vətəndaşlıq borcum hesab edirəm və ölkəmizi ən gözəl şəkildə təqdim etməkdən qürur duyuram.