Salam. Mənim adım Aydındır. 2001-ci ildə Bakıda anadan olmuşam. 2018-ci ildə Azərbaycan Turizm və Menecment Universitetinə daxil olub, 2022-ci ildə isə bitirmişəm. Həmin ildən etibarən turizm sahəsində işləyirəm. 2024-cü ildən ingilis dilli bələdçi olaraq fəaliyyət gostərirəm. Qonaqlarla səmimi və mehriban ünsiyyət qururam, eyni zamanda ölkəmizin görməli və tarixi yerləri haqqında məlumat verirəm. Gəlin Azərbaycanı bir yerdə kəşf edək!