Salam, mənim adım Sevindik Sevindikzadədir. 9 dekabr 1994-cü ildə gözəl Bakı şəhərində anadan olmuşam. 212 saylı məktəbin məzunuyam. Kimyaçıyam, lakin tarixə olan sevgim və turizmə olan marağım səbəbindən 2022-ci ildən bəri tur bələdçisi kimi çalışıram. Gözəl ölkəmizin tarixini danışaraq, fərqli ölkələrdən gələn turistlərə zəngin tarixi və təbiəti olan torpaqlarımızı nümayiş etdirirəm. Ölkə daxilində xüsusi və qrup turları təşkil edirəm (Bakı, İçəri Şəhər, Qobustan, palçıq vulkanları, Şamaxı, Qəbələ, Ağsu, Göyçay, Şəki, Lənkəran, İsmayıllı, Xızı dağları, Xınalıq, Şahdağ, Lerik dağ şəhəri, Abşeron yarımadası). Turlar valehedici və yadda qalan olur, çünki həqiqətən də ölkəmizdə görüləcək çox şey var.