Mənim adım Əskarov Sərdardır. Mən Azərbaycanda sertifikatlaşdırılmış bələdçiyəm və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının üzvüyəm. Bakı və ölkəmizin möhtəşəm bölgələri üzrə peşəkar, zəngin və unudulmaz ekskursiyalar keçirirəm.
Missiyam — sadəcə ekskursiya aparmaq deyil, hər bir qonağa Azərbaycanın ruhuna bir səyahət bəxş etməkdir: canlı hekayələrlə, səmimi atmosfer və fərdi yanaşma ilə.