ATGA
  • Haqqımızda
    • ATBA İdarə Heyəti
    • Tərəfdaşlarımız
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Bizim Üzvlərimiz
    • Fərdi üzvlər
    • Həmkar üzvlər
  • Bizə qoşulun
  • Daxil ol
    • AZAZ
    • ENEN
    • RURU
AZ AZ EN EN RU RU
Daxil ol
  • AZ
  • EN
  • RU
  • Daxil ol

[email protected]
+994 12 498 12 44 daxili 602

  • Ana səhifə
  • Bizim komanda
Fariz Hacıyev

Fariz Hacıyev

Fərdi üzv

Təcrübə: 8 İl

  • Türk dili

Mən -Fariz Hacıyev Azərbaycan Turizm İnstitunun 2013-cü il məzunuyam.2015-2016-cı illərdə Muzey Mərkəzində 2 illik fəaliyyətimdən sonra ölkədaxili turlarda bələdçiliklə turizm sahəsində addımlamağa başladım.Turizm ünsiyyətcil insanların sahəsidir.Əgər insanlarla söhbətləşməyi sevirsənsə,müəyyən tarixi-coğrafi biliklərə maliksənsə və bir də hekayə anlatmaq bacarığın da varsa özünü bu sahədə sınamalısan.Mən tanımadığım insanlarla yol çıxmağı,onlara yol göstərməyi sevdiyim üçün bu sahədəyəm və həqiqətən işimi çox sevirəm.Hal-hazırda Fan travel şirkətinin təsisçisi olmaqla yanaşı, həm ölkədaxili həm də ölkə xaricinə qrup turlarının təşkili ilə məşğulam.BƏƏ,Rusiya,Çexiya,Avstriya,Macarıstan,Türkiyə,Gürcüstan və Özbəkistan şəhərlərinə yerli qrupları aparıram.Ölkədaxilində isə əsasən Lənkəran-Astara  və Gəncə-Daşkəsən iqtisadi rayonuna fərqli turlar təşkil edirəm.Hal-hazırda hər payız mövsümündə populyar olan Mandarin-Sitrus bağları turunun ideya müəllifiyəm.İlk dəfə 2017-ci ildə həmkarım Rauf İsrafilovla bərabər başlatdığımız Mandarin bağlarına turlar Payız mövsümündə Cənub bölgəsində kifayət qədər canlanma yaradır.İmkan tapdıqca Ölkə turizminə fayda vermək və əlavə gəlir qazanmaq üçün bölgələrimizdə fərqli festivalların keçirilməsi üzərində işləyirəm.
     Son 1 ildə Türkiyədən gələn turistləri də ölkəmizdə qəbul etməyə başamışıq. Qonaqlarımız əsasən İzmir şəhərindən gəlirlər.Gəlmə  turizm bu sahədə indiyədək gördüyüm ən məsuliyyətli  işdir.Ölkəyə gələn qonağa vətənin haqqında düzgün və lazimi informasiyalar vermək hər bir bələdçinin vəzifə borcu olduğunu hesab edirəm.
 

ATGA
Naviqasiya
  • Haqqımızda
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Məxfilik Siyasəti
  • Şərtlər Və Müddəalar
  • Bizimlə Əlaqə
  • Kukilər Siyasəti
Əlaqə
  • AZ1010, Bakı şəh., Bülbül prospekti 14. 2-ci mərtəbə
  • +994 12 498 12 44 daxili 602
  • [email protected]
Abunə ol
Xəbər bülletenimizə abunə olun
© | ATGA 2025