Rzazadə Vüsalə Əmiraslan qızı – Bakı və Abşeron üzrə rusdilli bələdçi-tərcüməçiyəm. Pedaqogika üzrə fəlsəfə doktoruyam.
10 ildən artıqdır ki, turizmdə çalışıram. Bu sahəylə ilk tanışlığım Turizm İnstitutunda müəllim fəaliyyətimlə başladı və daha sonra bələdçi kimi davam etdi. Bir çox treninqlərdə iştirak etmişəm. Özümü tədqiqatçı hesab edirəm və turizm sahəsi bir çox bilikləri özündə ehtiva etdiyindən bu sahəni sevərək öyrənirəm. Ekskursiyalarımda mədəniyyətlərarası ümumi dəyərləri vurğulayır, Azərbaycanın özəlliyini tərənnüm edirəm. Qonaqlarımla rus dilində ünsiyyət qurmaqdan zövq alıram. Vətənimə bağlı və dünyaya açıq bir insanam.
Azərbaycanda turizm neft sahəsindən sonra ən perspektivli istiqamətlərdən biri hesab edilir. Vətənim zəngin tarixi, əsrarəngiz musiqisi, dadlı və təkrarolunmaz mətbəxi ilə dünyaya səs salmaqdadır. Əlbəttə, elm və mədəniyyət nümayəndələrin bu istiqamətdə rolu danılmazdır. Sevindirici haldır ki, bu sıraya turizm işçiləri də qoşulub və öz əməkləri ilə bu sahənin inkişafına əvəzsiz tövhə verirlər.
- HOT sertifikatı (Dünya Turist Bələdçiləri Federasiyası)