Salam.
Mən Sabir Nəsirzadə. Ali təhsilliyəm. Azərbaycanın dilbər güşələrindən biri olan Cənub bölgəsinin qəlbi - Lənkəranda yaşayıram. Təbiətcə ünsiyyətcil, sakit, Vətənini sevən və ona bağlı olan biriyəm. Xobbilərim avtomobillər və səyahət etmək, yeni mədəniyyətləri, insanları öyrənməkdir. Hələ tələbəlikdən turizm bələdçiliyinə və tur təşkilatçılığına böyük maraq göstərmiş, bu sahədə təlimlərdə iştirak etmiş, təcrübə toplamışam. Azərbaycan qədim tarixə, zəngin və rəngarəng mədəniyyətə, mətbəxə və təbii resurslara sahib bir ölkə kimi hər zaman səyyahların diqqətini çəkmişdir. Qonaqpərvərlik tarixən bu bölgənin insanının əsas keyfiyyətlərindən, dəyərlərindəndir. Düşünürəm ki, ölkəmizin, bölgəmizin bu zənginliyini ən gözəl şəkildə təmsil və təbliğ etmək, hər birimizin mənəvi borcudur. Üstəlik, bələdçilik, səyahət etmədən də bir çox yerlər, mədəniyyətlər haqqında maraqlı məlumatlar əldə etmək, yeni-yeni insanları tanımaq imkanı verən peşədir. Bələdçilik etməklə həm sevdiyim işlə məşğul olma imkanına sahib olmuş, həm ölkə və bölgə iqtisadiyyatına, dayanıqlı turizmin inkişafına töhvə vermiş oluram.
Turizm sektoru çox sürətlə dəyişən, inkişaf edən sahədir. Bu işin haqqını vermək, işimi ən gözəl şəkildə icra etmək üçün daima özünüinkişafla məşğul olur, müxtəlif təlim və tədbirlərdə iştirak edirəm.
Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının üzvüyəm. Assosiasiyanın Lənkəran TİM(DMT)-i ilə birgə həyata keçirdiyi “Azərbaycanın cənub bölgəsində turizm bələdçilərinin hazırlanması” təlimindən şəhadətnamə qazanmışam.