Bakının zəngin tarixi, neft irsi və memarlığı Qanını İçərişəhər, neft irsi, memarlıq, kulinariya haqqında turlar həyata keçirməyə ilhamlandırmışdır. Onun bu sahədə təcrübəsi və həvəsi əsasən fərdi təşəbbüsü sayəsində bilik və bacarıqlara yiyələnmək istəyindən gəlir.
Qanı Azərbaycanın İmişli rayonunda anadan olsa da Bakıda böyümüşdür. O, Bakının Qafqaz Universitetində beynəlxalq əlaqələr və Estoniyanın Tartu Universitetində Avropa İttifaqı-Rusiyaşunaslıq üzrə təhsil alıb. O, Azərbaycanın və Qafqaz regionunun coğrafiyası, cəmiyyəti və siyasəti haqqında biliklərini ali təhsil adığı universitetlərə borcludur. Azərbaycan qərb bölgəsində yerləşən Gədəbəy Qızıl/Mis Mədənində baş menecerin köməkçisi və tərcüməçisi kimi işlədiyi iki il ərzində bölgənin sirli və az bilinən gözəlliyi və zəngin mədəniyyətinə valeh olmuşdur. Bu, onun ölkənin digər regionlarını araşdırmaq və səyəhat etməyə sövq etmiş və bu maraq və istəkdən dolayı olaraq 2016-cı ildən bu günə qədəq bələdçi peşəsinə yiylənənmişdir. Son vaxtlar o, həmçinin, Azərbaycan mətbəxi, xüsusi aşbazların hazırladğı yeməklər və digər yerli mədəniyyətə xas yeməklər və şərablar üzrə kulinariya və qastronomiya turların təşkili ilə məşğul olur.
Qanı eyni zamanda səyahət blogeridir (www.ganinasirov.com) və onun müxtəlif mövzularda yazı işləri müxtəlif yerli və beynəlxalq nəşrlərdə, o cümlədən “Visions of Azerbaijan Magazine”, “Experience Azerbaijan” (Jurnal Azərbaycan Turizm Bürosu tərəfindən hazırlanır) və “CNN Travel”-də dərc olunub. O, asudə vaxtlarında Bakı şəhərinin inkişaf tarixi və mifləri, memarlığı, kulinariya və mədəni irs kimi mövzularda araşdırmalar aparır.
Qanı futbol həvəskarıdır. O, Azərbaycan futbol liqasının oyunlarını daim izləyir və eyni zamanda Bakıda “Topçular” klubunun futbolçusu olaraq həvəskar liqa və yarışmalarda çıxış edir.
Qanı azərbaycan və ingilis dillərini bilir, rus və fransız dillərini isə öyrənməkdədir.
Sertifikatları:
HOT sertifikatı (Dünya Turizm Bələdçiləri Assosiasiyası)
Üzvlük:
Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası