Ülvi Məmməd oğlu Nəcəfzadə 17 fevral 1989-cu ildə Bakı şəhərində anadan olmuşam. Evliyəm, bir övladım var.
2006-2010-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Qaz, Neft Yataqlarının Axtarışı və Kəşfiyyatı fakültəsində təhsil almışam. 2013-2014-cü illərdə Dövlət Təqaüd Proqramı əsasında Fransada, ixtisas üzrə magistr dərəcəsində təhsil almışam.
2011-ci ildən Azərbaycan Dövlət Neft Şirkətində, Böyük Geofizik vəzifəsində çalışıram.Çalışdığım sahə üzrə müxtəlif təlimlərdə iştirak edərək, dənizdə, quruda, yanğın zamanı ,ilkin tibbi yardım və xilasetmə üzrə beynaxalq sertifikatlar almışam.
2016-ci ildən etibarən turizm sahəsində də çalışmağa başladım. İlk işbirliyimiz MDB məkanında tanınmış "Пятница" telekanalı ilə baş tutmuşdur. Azərbaycan haqqında çəkiləcək teleproqramda onları Xəzər dənizində yerləşən möcüzəvi Neft daşları ilə tanış etmişəm. Bu proqramdan sonra bir neçə Rusiya telekanallarından və tur şirkətlərindən birgə əməkdaşlıq barədə təkliflər almışam. Böyük həvəs və maraqla çaılışdığım turizm sahəsində də Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin və muzeylərinin təşkil etdiyi müxtəlif təlimlərində də yer almışam. Rejimli iş qrafikım olduğundan, hər iki sahədə eyni zamanda çalışmaq imaknım olur.
Ölkəmi, tarixi, ədəbiyyatı, təbiəti, səyahət etməyi çox sevirəm. Bu səbəbdən turizm sahəsində çalışmaqdan məmnunluq duyuram. Turizm sahəsində fəaliyyətimin əsas məqsədi, ölkəmizin, xalqmızın mənəvi dəyərlərini, tarixini, mədəniyyətini, mətbəxini gələn qonaqlara sevdirmək, onlarda gözəl təəssürat yaratmaq və nəticə olaraq gözəl geridönüşlər almaqdan ibarətdir. Turizm sahəsində mənim üçün ən gözəl dəyər ölkəmizə təşrif buyuran turistlərin "Sizin ölkəni, mədəniyyətini, tarixini, mətbəxini bütünlükdə sənin simanda sevdik və aşiq olduq. Ölkəyə səfərimiz axrıncı deyil axarıncı olacaq" kəlmələrini onlardan duymaqdan ibarətdir.
Bu sahələrdən savayı radioda aparıcı və baş redaktor vəzifəsində də çalışmışam.
Müxtəlif idman sahələrində də fəal iştirak etməyə çalışıram. Bir müddət velosipedlə uzaq məsafələri qət etmək, həyat tərzimə çevrilmişdi. Sonuncu uzaq səfərim Bakıdan Tiflisə qədər olan məsafə olmuşdu. Bundan başqa “Neftçi” idman klubu ilə, Səmti müəyyənetmə idman növü üzrə, beynəlxalq yarışlarda iştirak etmiş, 2-ci və 3-cü yerləri qazanmışıq. Həndbol üzrə gənclər yığmasında da oynamışam.