ATGA
  • Haqqımızda
    • ATBA İdarə Heyəti
    • Tərəfdaşlarımız
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Bizim Üzvlərimiz
    • Fərdi üzvlər
    • Həmkar üzvlər
  • Bizə qoşulun
  • Daxil ol
    • AZAZ
    • ENEN
    • RURU
AZ AZ EN EN RU RU
Daxil ol
  • AZ
  • EN
  • RU
  • Daxil ol

[email protected]
+994 12 498 12 44 daxili 602

  • Ana səhifə
  • Bizim komanda
Daşqın Hacızadə

Daşqın Hacızadə

Fərdi üzv

Təcrübə: 6 İl

  • İngilis dili
  • Türk dili

Mən 2016 - cı ildən rəsmi lisenziyalı bələdçilik fəalliyyəti edirəm. Tam orta məktəb vaxtından ölkəmə, onun tarixinə, mədəniyyətinə, adət-ənənəsinə, tarixi abidələrinə, gözəl təbiətinə olan sevgimdən ötrü həmişə çox çalışmışam və ölkəm haqqında bildiyim tarixi- mədəni, coğrafi məlumatları və həqiqətləri dünyadakı hər kəsə çatdırmaq ən böyük arzum olub. Bunun üçün də, orta məktəbi bitirdikdən sonra bələdçi olmaq arzumu gerçəkləşdirmək üçün Azərbaycan Turizm və Menecment Universitetinə daxil olmuşam və muzey bələdçisi, tarixi abidələrin qorunması və restovrasiyası, muzey işinin təşkili, ümumi bələdçilik, diyarşünaslıq ixtisasları üzrə  təhsil almışam. İşimi o qədər sevərək və məsuliyyətlə görürəm ki, mənim bələdçiliymlə ölkəmizi gəzən hər bir turist keçirdiyi hər an və hər dəqiqədən zövq alır və buraya bir daha qayıtmaq arzusunda olur. Bələdçilik fəaliyyətim dövründə əsasən Avropa, Şimali Amerika, Uzaq Şərqi Asiya və Avstraliyadan turistlərə bələdçilik etmişəm və dünyanın hər bir ölkəsindən gələn tursitlər üçün bələdçilik etməyə hazıram. Hər zaman yeni məlumatlar öyrənməyə, yeni insanlarla tanış olmağa, ölkəm haqqında məlumatları yeni insanlarla bölüşməyə, yeni macəralara atılmağa hazıram və səbrsizliklə gözləyirəm. Məni seçən turistlərim hər zaman mədəniyyətlər arası əlaqələr qurmağın zövqünü yaşayacaq, ölkəmiz haqqında çox maraqlı  məlumatlar öyrənəcək və ölkəmizin necə unikal adət-ənənələrə sahib olmağını görəcəklər.
Mədəniyyət və Turizm Nazirliyinin təşkili etdiyi bələdçilik kursunu bitirmişəm və lisenziyalıyam. Həmçinin Azərbaycan Bələdçilər Asossasiyasının və Dövlət Turizm Agentliyinin təşkil etdiyi SAHMAN təlimini başa vurmuş və sertifikat əldə etmişəm.
Dünya Turist Bələdçilər Asossasiyasının HOT təlimini keçmişəm və lisenziya əldə etmişəm.

ATGA
Naviqasiya
  • Haqqımızda
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Məxfilik Siyasəti
  • Şərtlər Və Müddəalar
  • Bizimlə Əlaqə
  • Kukilər Siyasəti
Əlaqə
  • AZ1010, Bakı şəh., Bülbül prospekti 14. 2-ci mərtəbə
  • +994 12 498 12 44 daxili 602
  • [email protected]
Abunə ol
Xəbər bülletenimizə abunə olun
© | ATGA 2025