ATGA
  • Haqqımızda
    • ATBA İdarə Heyəti
    • Tərəfdaşlarımız
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Bizim Üzvlərimiz
    • Fərdi üzvlər
    • Həmkar üzvlər
  • Bizə qoşulun
  • Daxil ol
    • AZAZ
    • ENEN
    • RURU
AZ AZ EN EN RU RU
Daxil ol
  • AZ
  • EN
  • RU
  • Daxil ol

[email protected]
+994 12 498 12 44 daxili 602

  • Ana səhifə
  • Bizim komanda
Fuad Kərimov

Fuad Kərimov

Fərdi üzv

Təcrübə: 4 İl

  • Rus dili

Hər ekskursiyaya, yeni dostlarımla birlikdə getdiyim maraqlı bir macəra kimi yanaşıram. Sizlərə gözəl və görməli yerləri göstərərək, onların maraqlı tarixini sanki birlikdə yaşamağa və hiss etməyə çalışıram. 
Ekskursiyalar üçün rəngarəng və ətraflı təsvirlərlə maraqlı proqramlar yazmağı sevirəm. Mənə elə gəlir ki, gələcək səyahətin nağılı hələ bizim görüşümüzdən əvvəl, yazdığım sətirləri oxuyanda gözünüzün qabağında canlanaraq ən heyrətamiz obrazlarla. Təbiətin bütün gözəlliklərini, qədim binaların əzəmətini və yaşayacağımız sərgüzəştləri çatdırmaq üçün düzgün sözləri tapmaq istəyirəm. O sözləri, hansılar ki, sizi ölkəmizin ən ucqar məkanlarına belə getməyəvadar edəcək. Lakin təəssüf ki, bəlkə də xoşbəxtlikdən, bu mümkün deyil... Çünki hər kəs üçün bu sözlər və obrazlar fərqlidir, xüsusidir. Bəziləri üçün bu obraz dağ gölünün sakitliyində və ya əksinə, oynaq bir şəlalənin qaynar və köpüklü sularında gizlənir. Sehrli xalça kimi sizi dağların, meşələrin və qayaların üstündən aparan kanat yolunun həyacanında. İçəri şəhərin dar küçələrində, Qız qalasının lütfündə və Şirvanşahlar sarayının şərq cazibəsində. Yaxud Dağüstü Parkın müşahidə meydançasından açılan Bakı buxtasının inanılmaz panoramasında, gecə şəhərinin işıqlarının parıltısında və Alov Qüllələrinin işıqlanmasında. Neft maqnatlarının saraylarının sirlərində, əfsanələrində, Atəşgah məbədində yenidən canlanan odun sehrində və ya Yanardağın əbədi odunda. Palçıq vulkanların vəhşi gözəlliyində, Qobustan qayalarının rəsmlərdə, Çəhrayı gölün duzlu gözəlliyində və ya Xızının rəngarəng dağlarında. İlisu və ya Lənkəranın isti, termal bulaqlarında, hətta suyun da parlaq alovla yanan möcüzəsində. Məscidlərin əzəmətində, qədim karvansaraylarda, bazarlarda, hamamlarda. Şəki xanlarının sarayında, dağlarda gizlənmiş alban məbədlərində və ya müqəddəsliyi ilə qəlbləri titrədən qədim kilsələrin sakitliyində. Bəziləri üçün isə bu obraz, köhnə dağ kəndində qeyri-adi, rəngarəng ipək kəlağayı fabrikasında canlanır.
Bütün qəlbimlə hamınızı bu gözəllikləri sehr etməyə dəvət edirəm! Və əlbəttə ki, sizin üçün hər hansı ekskursiyamı keçirməkdən çox məmnun olacam!

ATGA
Naviqasiya
  • Haqqımızda
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Məxfilik Siyasəti
  • Şərtlər Və Müddəalar
  • Bizimlə Əlaqə
  • Kukilər Siyasəti
Əlaqə
  • AZ1010, Bakı şəh., Bülbül prospekti 14. 2-ci mərtəbə
  • +994 12 498 12 44 daxili 602
  • [email protected]
Abunə ol
Xəbər bülletenimizə abunə olun
© | ATGA 2025