Mən - Abbasov Xəyyam 2009-cu ildən Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi və 2011-ci ildən fransızdilli bələdçi kimi fəaliyyət göstərirəm.
Fransız və Azərbaycan dillərində turizm-hotelçilik terminlərinin linqivistik təhlili mövzusunda dissertasiya üzərində işləyirəm və Azərbaycanın rayonlarının tarixi-mədəni və təbiət turizm potensiyalını araşdırıram.
Ölkənin təbiətini, mədəniyyətini,tarixini,adət-ənənələrini və ölkəmlə bağlı bütün maraqlı məlumatları ətraflı şəkildə sizə tanıtmaqdan məmnun olaram. Bununla yanaşı Azərbaycan dilinə maraq göstərənlər mənimlə səyahət etdikləri müddətdə bu dildə zəruri ünsiyyət vərdişlərinə yiyələnə bilərlər.