Mən odlar yurdu Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Nuh peyğəmbər torpağında yaşayıram.
Naxçıvan tarixi, təbiəti, mətbəxi və adət-ənənələri ilə seçilir.
Mən ölkəmin və xalqımızın bütün xüsusiyyətlərini dərindən mənimsəmişəm və lazım olanda onu təbliğ etmişəm.
Tarixçi olduğum üçün və təbiətlə əlaqəni çox sevdiyim üçün bütün bölgələrdəki tarixi yerlər haqqında geniş məlumatım var.
Səkkiz il Moskvada, üç il Türkiyədə olmağım müxtəlif mədəniyyətlər haqqında məlumatlı olmağıma kömək etdi.
Ölkəmin və millətimin dəyərlərini yüksək səviyyədə qonaqlara çatdırmağı özümə borc bilirəm..
Tur zamanı ölkəm haqqında olan məlumat və detalları qonaqlara onların maraqları dairəsində çatdırmağa üstünlük verirəm. Onları yormadan artıq məlumat yükləmədən, əsaslı və dolğun məlumatları yadda qalması üçün ən düzgün yolu ilə çatdırmağın tərəfdarıyam.
Naxçıvan şəhərində təşkil edilmiş "Naxçıvan Muxtar Respublikasındakı tematik marşrutlar üzrə turizm bələdçilərinin hazırlığı" praktik təlimini müvəffəqiyyətlə başa vurmuş və müvafiq iqtisadi regionda mövcud olan tematik marşrutlar üzrə lazımi texniki peşə biliklərinə yiyələnmişəm.
Ateşler diyarı Azerbaycan'ın ayrılmaz bir parçası olan Nuh Peygamber'in memleketinde yaşıyorum.
Nahçıvan tarihi, doğası, mutfağı ve gelenekleri ile öne çıkmaktadır.
Ülkemin ve insanımızın tüm özelliklerini derinden özümsedim ve gerektiğinde tanıtımını yaptım.
Tarihçi olduğum ve doğayla bağlantı kurmayı sevdiğim için, tüm bölgelerdeki tarihi yerler hakkında kapsamlı bilgim var.
Sekiz yıl Moskova'da, üç yıl Türkiye'de olmak farklı kültürleri tanımama yardımcı oldu.
Ülkemin ve milletimin değerlerini misafirlere üst düzeyde aktarmayı görev sayıyorum.
Tur sırasında misafirlerime kendi ilgi alanları doğrultusunda ülkemle ilgili bilgi ve detayları aktarmayı tercih ediyorum. İlgili ve eksiksiz bilgiyi, bilgi ile aşırı yüklemeden, akılda kalması için doğru bir şekilde iletmekten yanayım.
Nahçıvan şehrinde düzenlenen "Nahçıvan Özerk Cumhuriyeti'nde Turist Rehberlerinin Tematik Güzergahlar Eğitimi" uygulamalı eğitimini başarıyla tamamladım ve ilgili ekonomik bölgede mevcut olan tematik güzergahlar hakkında gerekli teknik mesleki bilgileri edindim.