Salam mən Çiçək Zeynal.
2019- cu ildən Gəncə Turizm Informasiya Mərkəzinin əməkdaşı və sahibkaram.
Mən öz şəhərimi, ölkəmi sevirəm! Azərbaycanlı olmağımla fəxr edirəm!
Azərbaycanin təbiəti çox müxtəlifdir və müxtəliflik məni valeh edir. Bu səbəbdəndir ki, səyahət etməyi sevirəm.
Bələtçilik isə mənim xobbimdir. Gəzib gödüyüm yerləri, şəhərimizə gələn ziyarətçilərin də görməyini istəyirəm. Ünsiyyət qurmağı çox sevdiyimdən ziyarətçilərin daxili aləminə inteqrasiya edə bilirəm.
Məqsədim regionda turizmin inkişafına təkan vermək, turizm məhsullarının hazırlanmasına, marketinqinə, təbliğat təşviqat işlərinə dəstək olmaqdır.
Gəncə, Naftalan, Göygöl, Şəmkir, Gədəbəy və Daşkəsən ərazilərində turlar təşkil etmək və müxtəlif turizm marşrutları hazırlamaq imkanım var.
Turizm sahəsində bir çox sertifikatlarım var. Azərbaycan Bələdçilər Assosiyaiyasının heyət üzvüyəm.
* Azərbaycan Turizm Bələdçiləri Assosiyasiyasının “Regional tematik marşrutlar üzrə turizm bələtçilərinin hazırlığı” təliminin şəhadətnaməsi ilə təltif olunmuşam.
* İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Tədris Mərkəzi (SESRIC) və İslam Ticarətin İnkişafı Mərkəzi (ICDT) birgə “İƏT Üzv Ölkələrində Davamlı Turizmin Perspektivləri” mövzusunda Təlim Vebinarında iştirak etmişəm.
* Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) dəstəyi ilə həyata keçirilən, turizm, sahibkarlıq və startaplar, startaplar üçün maliyyə, marketinq, xidmət və kommunikasiya kimi mövzuları əhatə edən "Regional İnnovativ Turizm Məhsulu" (RİTM) startap təlim kursunu təlimçi kimi başa vurmuşam.