ATGA
  • Haqqımızda
    • ATBA İdarə Heyəti
    • Tərəfdaşlarımız
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Bizim Üzvlərimiz
    • Fərdi üzvlər
    • Həmkar üzvlər
  • Bizə qoşulun
  • Daxil ol
    • AZAZ
    • ENEN
    • RURU
AZ AZ EN EN RU RU
Daxil ol
  • AZ
  • EN
  • RU
  • Daxil ol

[email protected]
+994 12 498 12 44 daxili 602

  • Ana səhifə
  • Bizim komanda
Tural Salamov

Tural Salamov

Fərdi üzv

Təcrübə: 17 İl

  • Azərbaycan dili
  • İngilis dili

• Mən,Salamov 25.03.1980-cı ildə Şəki şəhərində anadan olmuşam.1996-1997-ci illərdə Şəki şəhər 20 saylı orta məktəbdə təhsil almışam.1997-2001-ci ildə San-Marino Beynəlxalq Elmlər Akademiyası Akademik Mərkəzinin Mingəçevir şəhər filialını bitirmişəm.2001-2002-ci ildə DİN Daxili Qoşunlarının N saylı hərbi hissəsində xidmətdə olmuşam.2003-2017-ci ildə Şəki şəhər 11 saylı tam orta məktəbdə ingilis dili müəllimi kimi çalışmışam.2003-ildən indiyə kimi Şəki şəhər 17 saylı tam orta məktəbdə ingilis dili müəllimi kimi çalışıram.Eyni zamanda 2018-ci ildən Şəki şəhər 4 saylı Kiş kənd orta məktəbində ingili dili müəllimi kimi çalışıram.2008-2013-cü illərdə Beynəlxalq Şəffaflıq təşkilatının Azərbaycan bölməsi olan Şəffaflıq Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə təşkilatının Şəki regional ofisinin layihə rəhbəri/direktoru vəzifəsində çalışmışam.Donorlar ATƏT və USAİD və bir neçə səfirliklər olmuşdur.

•      2007-ci ildə ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində Project Harmony,İcma Əlaqlərinin Gənclərin və İdmanın İnkişafı Proqramının məzunuyam.

• 2014-2016-cı illərdə   Amerika Məzunlar Assosiasiyasının (AAA) idarə  heyətinin üzvü olmuşam.

•      1993- cü ildən Şotokan Karate Do ilə məşğul olmuşam.1997-ci ildə Beynəlxalq ustalıq normasını ödəyərək Qara kəmər I dana,2022-ci ildə isə II dana layiq görülmüşəm.2003-cü ildə Şito-Ryu Karate Do növünü Şəki şəhərinə gətirirək inkişaf etdirmişəm.Bir sıra yarışların qalibi olmuşam.Əsas nailiyyətlərim 2 dəfə Respublika çempionu olmuş,2005-ci il Rusiya Federasiyasının Moskva şəhərində keçirilən II Avrasiya çempionatında bürünc medal,Gürcüstan respublikasının Tiflis şəhərində keçirilən Dünya Çempionatında qızıl medal və 2018,2019,2020-ci illərdə Bakı şəhərində keçirilən Baku Open Beynəlxalq Turnirində 35-45 yaşlı veteran kareteçilər arasında gümüş medallar qazanmışam.Çoxlu vətənpərvər və perspektivli idmançılar yetişdirmişəm.Tələbələrim respublika və beynəlxalq səviyyəli yarışlarda uğurlar qazanmışdırlar.Hal-hazırda Milli Karate Federasiyasının məşqçisi və hakimi kimi çalışıram.
• 2020-2021 ci illərdə ABŞ-ın Şimali Karolina Universitetinin online ELT (English Language Teachers) və ELT (TOT) programının məzunu və Bakı 2022 ELT Summer Confrence-in iştirakçısı olmuşam.
•Bir çox turizm tədbirlərində iştirak etmişəm.Bunlardan biri də Bakı şəhırində keçirilən   "Tourism Summit 2019" olmuşdur.
 Səyahət etməyi və müxtəlif mədəniyyətlərdən olan insanlarla ünsiyyət olmağı və onların mədəniyyətlərini, dəyərlərini öyrənməyi çox xoşlayıram.
Rusiya Federasiyasının Moskva və Sankt Peterburq şəhərlərinə, Gürcüstan Respublikasına, İran İslam Respublikasına, Polşa Respublikasına, Norveç Krallığına, ABŞ-a səfərlər etmişəm.

ATGA
Naviqasiya
  • Haqqımızda
  • Xəbərlər
  • Tədbirlər & Təlimlər
  • Sertifikatlaşdırma
  • Məxfilik Siyasəti
  • Şərtlər Və Müddəalar
  • Bizimlə Əlaqə
  • Kukilər Siyasəti
Əlaqə
  • AZ1010, Bakı şəh., Bülbül prospekti 14. 2-ci mərtəbə
  • +994 12 498 12 44 daxili 602
  • [email protected]
Abunə ol
Xəbər bülletenimizə abunə olun
© | ATGA 2025