Gəlin tanış olaq. Sizə özümü təqdim edim:
1. Adım İmanlı Hacıbaba Naib oğludur. Siz isə mənə qısaca Hacı deyə bilərsiniz.
2. 4 Sentyabr 1975-ci ildə Neftçala r-nu, Həsənabad qəsəbəsində dünyaya göz açmışam. Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 148 №-li rus orta məktəbini bitirmişəm.
3. Universitet təhsilimi isə Türkiyədə, Mersin Universitetində almışam. Turizm İşletmeciliği ve Otelcilik Yüksek Okulunundan 2000-ci ildə məzun olmuşam. Türkiyədə keçirtdiyim 8 il ərzində postsovet məkanı ve Avrupa ölkələrindən olan turistlərlə fəal iş və otellərdəki staj sayəsində zəngin təcrübə qazanmışam.
4. Azərbaycan, rus, türk və ingilis dillərini bilməyimə baxmayaraq, ən çox türk ve rus dillərində xidmət göstərməyə üstünlük verirəm.
5. Turizm sahəsindəki uzun müddətli fəaliyyətim nəticəsində turistlər və tərəf müqabillərilə düzgün ünsiyyət qurmağın, stressə qarşı dözümlü olmağın ve problemləri yaranma anında həll etmənin çox mühüm olduğunu öyrənmişəm.
6. Bakı, Abşeron Yarımadası ve Azərbaycanın digər regionlarında fəaliyyət göstərirəm.
7. Azərbaycan və Şərq Mədəniyyətlərini araşdıran bir neçə xüsusi tur proqramı müəllifiyəm. Alışılmış Azərbaycandan daha fərqli bir Azərbaycan təqdim etməyə çalışıram və qonaqların ölkəm haqqında fikirlərinin heyranlıq dərəcəsinə yüksəlməsini müşahidə etməyin təşnəsiyəm.
8. Özümü xoşbəxt sayıram. Allahu Təala mənə böyük bir ailə (4 gözel övlad atasıyam), səmimi dostlar və bəyəndiyim bir ixtisas əta edib.
9. Əlbəttə, turistlərin razılığına çox əhəmiyyət verirəm. Açığını desəm, ekskursiyalar zamanı müsbət mənada təəccüblənən və gülər üzlü turistlərin tur sonunda xidmətimi dosta-tanışa tövsiyyə etmələrini, xoş sözlü paylaşımlarını ve səmimi diləklərini oxumağı da çox sevirəm. Bax, budur mənim işimə verilən əsl qiymət. Düzü, sevdiyin bir məşğuliyyətə heç iş demək olmaz. Mən, sadəcə olaraq,Vətənimə olan sevgimi insanlarla paylaşıb, onların ölkəmi sevməsini ve daim gözəl xatirələrlə yada salmasını təmin etmək istəyirəm.
Həyatımız xatirələrlə dolu uzun bir yoldur. Xatirələriniz həmişə gözel olsun!
Odlar Yurdunun Küləklər Şəhərində Sizi gözləyirəm, mənin əziz qonaqlarım.
Kendim hakkında bir kaç kelime:
1. Tam ismim İmanlı Hacıbaba Naib oğlu. Sizin için sadece Hacı.
2. 4 Eylül 1975-te Sovyetler Birliğinde doğdum. Ana okul, orta okul ve liseyi rusça bitirdim.
3. Üniversite eğitimimi ise Türkiyede, Mersin Üniversitesinde aldım. Turizm İşletmeciliği ve Otelcilik Yüksek Okulunun 2000 yılı mezunuyum. Türkiyede geçirdiğim 8 sene içinde Rusya, Belarus, Moldova, Kazakistan, Ukrayna ve Avrupa ülkelerinden olan turistlerle sıkı iş ve otellerdeki staj sayesinde kıymetli tecrübe elde ettim.
4. Rus, türk, ingiliz ve azerice serbest konuşabildiğim halde sadece türkçe ve rusça çalışmayı tercih ederim.
5. Yıllarca turizm alanında çalışmanın verdiği edinimler bana iletişimin, strese karşı dayanıklılığın ve problemi yaranma anında boğmanın çok önemli olduğunu öğretti.
6. Bakü, Abşeron Yarımadası ve tüm Azerbaycan üzere tur yapma yetkisine sahibim.
7. Azerbaycan ve Döğu Medeniyyetlerini araştıran birkaç özel tur proqramı yaratıcısıyım. Alışılmış Azerbaycan dışında farklı bir Azerbaycan sunmayı sever ve misafirlerin ülkem hakkında görüşlerinin hayranlık derecesine yükselmesine şahit olmanın “hastasıyım”.
8. Mutluyum. Allah bana büyük bir aile (4 güzel evlat babasıyım), hakiki dostlar ve güzel bir meslek vermiştir.
9. Elbette, turistlerin beğenilerini çok önemsiyorum. Ve ne yalan söyleyeğim, tur zamanı hayran bakışlı ve güler yüzlü turistlerin tur sonrası benim hizmetimi dosta-eşe tavsiye etmelerini, övgü dolu paylaşımlarını ve samimi sözlerini okumayı da çok seviyorum. İşte bu benim işime verilen asıl değerdir. Gerçi sevdiğin bir şeye iş denir mi? Ben sadece Vatanıma olan sevgimi insanlarla paylaşıp onların ülkemi sevmesini ve güzel hatıralarla anmasını sağlamak istiyorum.
Hayatımız hatıralarla dolu uzun bir yoldur. Hatıralarınızın hep güzel olması dileklerimle...
Ateşler ülkesinin rüzgarlar şehrinde sizi bekliyorum aziz misafirlerim.